Müğənni Aygün Kazımova 40 yaşını qeyd edir. Onun köməkçisinin Milli.Az xəbər portalına bildirdiyinə görə, müğənni bu gün doğum gününü kiçik çevrədə - həmkarları və yaxınlarının iştirakı ilə qeyd edəcək. Dünəndən bəri çoxlu təbriklər alan müğənni hələlik ilk hədiyyəsinin kimdən olduğunu demir. Axşam saatlarında isə o, çoxlu hədiyyələr qəbul edəcək. Hədiyyə verənlərin sırasında Namiq Qaraçuxurlunun da olacağı deyilir.

Xatırladaq ki, Aygün Kazımova 1971-ci il yanvarın 26-da Gəncədə dünyaya gəlib. 1989-cu ildə o, məşhur «Qaya» qrupunda solist kimi çalışmağa başlayıb. Lakin ailə həyatı quran və qız övladını dünyaya gətirən müğənni 1991-ci ildə sənətə fasilə verib. 1994-ci ildə o, yenidən sənətə qayıdıb. Həmin ildə A.Kazımova həyat yoldaşından ayrılıb.

Xədicə
Milli.Az