Müğənni Sevda Yəhyayeva savadsız həmkarlarına həm gülür, həm də acıyır. Sənətçinin hədəfi interneti “uçan qəzet” kimi qəbul edənlərdir: “Biləndə ki, müğənnilərdən bəziləri internetə “uçan qəzet” prizmasından yanaşır, inandırım, çox çaşdım, xeyli güldüm də… Lakin bir az fikirləşəndən sonra həmin insanlara ürəyim acıdı. 12-13 yaşlı uşaqların sərbəst şəkildə kompüterin xidmətlərindən istifadə etdiyi halda, nəyə görə həmkarlarım bu qədər geridə qalıblar?”.

Müğənni fürsətdən istifadə edib əyləncəli saytda internet istifadəçisi kimi qeydiyyatdan keçmədiyini vurğulayıb: “Nəinki Azərbaycanda, eləcə də dünyada baş verən mühüm xəbərləri əldə etməkdən ötrü, günümün ən azı 1 saatını müxtəlif saytları oxumaqla keçirirəm. Lakin internet istifadəçisi kimi heç bir saytda qeydiyyatda deyiləm. Şükürlər olsun ki, mənim adımdan istifadə edən yalançı “nik”lərlə də hələ ki rastlaşmamışam”./lent.az