Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Röyanı sevənlər internetdəki xoşagəlməz şəkillərinə baxsın

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Röyanı sevənlər internetdəki xoşagəlməz şəkillərinə baxsın

    Azərbaycanın iki populyar müğənnisi – Roya Nəcəfova ilə Almaz Ələsgərli arasında əsl informasiya döyüşü başlayıb. Almaz Ələsgərli Röyanın onun ünvanına səsləndirdiyi sərt fikirlərə elə həmin sərtlikdə cavab verib: «O özünü nə hesab edir? Qoy Röyanı sevənlər onun internetdəki xoşagəlməz şəkillərinə baxsın. Görəsən Röyanın oğlu böyüyəndə o şəkillərə necə reaksiya verəcək? Mənim qızlarıma gəlincə, onlar öz anaları ilə fəxr edirlər! Röya isə elə bilir ki, yağış yağdısa, çatlar örtülür. Bu, belə deyil!»

    Xatırladaq ki, bir müddət əvvəl Röya Almaz Ələsgərlinin onun ünvanına səsləndirdiyi mənfi fikirlərə sərt reaksiya vermişdi. Röya Almaz Ələsgərlinin onun haqqında danışdıqlarından şoka düşdüyünü bildirmişdi: «Axı biz rastlaşanda o həmişə mənimlə qucaqlaşır, öpüşür. Ona zəng vurdum, mənə belə sözlər işlətmədiyini söylədi. Başa düşürəm ki, o, şou-biznesə girmək istəyir və bunun üçün batan adamın saman çöpünə əl atması kimi, mənim adımdan yapışmaq istəyir. Amma dediklərinə görə utanmalıdır. Məni sevə, eyni zamanda həzm eləməyə bilərlər. Amma hər kəs etiraf eləməlidir ki, Röya yalnız ona həsəd aparan yeniyetmələrin hesabına Röya olmayıb. Mənim oxuduğum toylara o, heç yaxın gələ bilməyib. Orada iştirak edən şəxsləri yuxusunda belə görməyib. Ona məsləhət görərdim ki, məni müzakirə etməkdənsə öz qızları, öz taleyi haqda düşünsün. Yəqin bunlar onun şəxsi həyatında hər şeyin qaydada olmaması ilə bağlıdır. Allah eləsin ki, onun üçün hər şey yaxşı olsun və bizdən əl çəksin». show-biznes.az

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.