![]()
![]()
![]()
ELA OLDUUUUUU URAAAAAAA
![]()
![]()
![]()
7 sonuçtan 1 ile 7 arası
-
03-03-2010, 09:46 PM #1
“Eurovision-2010” təmsilçimiz Safura Əlizadə oldu
Martın 2-də Bakıda “Eurovision-2010” mahnı müsabiqəsinin milli seçiminin final konserti keçirilib.
Buta Palas sarayında keçirilən final konsertinin açılışı “Sarı gəlin” kompozisiyası və rəqqasların ifası ilə baş tutub.Konserti Hüsniyyə Məhərrəmova və İlham Qasımov idarə edib. Sonra “Fabrika zvezd-7” müsabiqəsinin iştirakçısı Dakota öz repertuarından 3 mahnı ifa edib. İştirakçı ifadan sonra azərbaycanlılara nəzakətli iltifatlar edib. Daha sonra finala çıxmış 3 müğənnidən ilki - Safura Əlizadə qara dekolte geyimlə səhnəyə çıxıb. İfaçı “Under My Skin”, “Soulless” və “Drip Drop” mahnılarını ifa edib.
Sonra səhnəni “Milk&Kisses” qrupu tutub. Qrup gözlənildiyindən zəif təəssürat yaradıb. Səhnəyə üçlük arasında sonuncu çıxan Məryəmin ifası bir qədər yaddaqalan olub. Gürcüstanı “Eurovision-2010” müsabiqəsində təmsil edəcək Sofo Nijaradzenin ifası həyəcanlı namizədlərimizin ifasından təsirli olub. Gürcü qızı gözəlliyi ilə də diqqəti çəkib. Sofodan sonra səhnəyə Aysel Teymurzadə çıxıb. Aysel Araşın onun üçün yazdığı “Fallin” və məşhur “Always” mahnısını azərbaycanca ifa edib.Sonra təmsilçimiz və ifa olunacaq mahnı milli münsiflər heyətinin üzvləri İTV-nin baş direktoru İsmayıl Ömərov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, dirijor Azad Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyev tərəfindən müəyyən edilərək elan olunub. Bəlli olub ki, Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində Safura Əlizadə təmsil edəcək.Azərbaycan təmsilçisinin seçilməsi üçün bu gün keçirilən milli final konsertini müsabiqənin Azərbaycan üzrə Milli Yayım Şurası olan İctimai Televiziya və Radio Yayımları Şirkəti, həmçinin Türkiyənin TRT və Gürcüstanın İctimai Televiziyası ilə canlı yayımlayıblar. Xatırladaq ki, milli finalda təmsilçilik uğrunda mübarizə aparan üç namizəd fevralın 2-də keçirilən milli yarımfinaldan 6 namizəd arasından seçiliblər. Bu il nə milli yarımfinal, nə də milli finalda tamaşaçı səsverməsindən istifadə olunmayıb.
Qeyd edək ki, Azərbaycan bu ilin mayında keçiriləcək 55-ci “Eurovision” müsabiqəsində mayın 27-də keçiriləcək II yarımfinalda finala çıxmaq uğrunda mübarizə aparacaq.
[
-
03-03-2010, 10:07 PM #2
Re: “Eurovision-2010” təmsilçimiz Safura Əlizadə oldu

-
03-18-2010, 08:51 PM #3
Re: “Eurovision-2010” təmsilçimiz Safura Əlizadə oldu
[youtube:14yq0xy1]http://www.youtube.com/watch?v=uP6rPLXDfkQ[/youtube:14yq0xy1]
Safura Əlizadə İsveçrədə Məşq Etdiyi Zaman[
-
03-18-2010, 10:27 PM #4
Re: “Eurovision-2010” təmsilçimiz Safura Əlizadə oldu
Hmmmm gorekde ne gelir bashimiza.
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
03-18-2010, 11:58 PM #5
Re: “Eurovision-2010” təmsilçimiz Safura Əlizadə oldu
YAXSII OLACAQQQ CANIMM
GLAMOURKA Nickli Üyeden Alıntı

-
03-19-2010, 12:17 AM #6Member
- Üyelik tarihi
- Nov 2009
- Mesajlar
- 89
Re: “Eurovision-2010” təmsilçimiz Safura Əlizadə oldu
Yolu aciq olsun bizim gözelin!
-
03-24-2010, 12:40 AM #7
Re: “Eurovision-2010” təmsilçimiz Safura Əlizadə oldu
Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Səfurə Əlizadə mayın 27-də keçiriləcək II yarımfinalda 7-ci çıxış edəcək.
bu gün keçirilən püşkatmada müsabiqədə təmsil olunacaq 39 ölkənin sıra nömrələri məlum olub. Hər iştirakçı ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin iştirak etdiyi püşkatmada əvvəlcə mayın 25-də keçiriləcək I yarımfinalda, sonra mayın 27-də keçiriləcək II yarımfinalda çıxış edəcək 34 ölkənin (hər yarımfinalda 17 ölkə), sonda isə birbaşa mayın 29-da keçiriləcək final mərhələsində iştirak hüququ qazanmış beş ölkənin çıxış nömrələri məlum olub.
Beləliklə, ölkələrin çıxış edəcəyi sıra nömrələrini təqdim edirik: Mayın 25-də keçiriləcək I yarımfinalda Moldova 1-ci, Rusiya 2-ci, Estoniya 3-cü, Slovakiya 4-cü, Finlandiya 5-ci, Latviya 6-cı, Sebiya 7-ci, Bosniya və Hersoqovina 8-ci, Polşa 9-cu, Belçika 10-cu, Malta 11-ci, Albaniya 12-ci, Yunanıstan 13-cü, Portuqaliya 14-cü, Makedoniya 15-ci, Belarus 16-cı, İslandiya 17-ci çıxış edəcək.
Mayın 27-də keçiriləcək II yarımfinalda isə ölkələr bu sıralanma ilə çıxış edəcəklər: Litva (1), Ermənistan (2), İsrail (3), Danimarka (4), İsveçrə (5), İsveç (6), Azərbaycan (7), Ukrayna (8), Niderland (9), Rumıniya (10), Sloveniya (11), İrlandiya (12), Bolqarıstan (13), Kipr (14), Xorvatiya (15), Gürcüstan (16) və Türkiyə (17).
Birbaşa final mərhələsində çıxış hüququna malik olan böyük dördlük və builki müsabiqəyə ev sahibliyi edəcək Norveç təmsilçiləri isə mayın 29-da bu sıra nömrələrində çıxış edəcəklər: 2-ci İspaniya, 3-cü Norveç, 12-ci Böyük Britaniya, 18-ci Fransa və 22-ci Almaniya.
Qeyd edək ki, yarımfinallarda çıxış edəcək dörd ölkə wild cardla vasitəsilə ilə öz sıra nömrələrini seçmək şansı qazanıb.
Onu da bildirək ki, Azərbaycan mayın 29-da keçiriləcək müsabiqənin final mərhələsində səslərini açıqlayan 15-ci ölkə olacaq.
Xatırladaq ki, bu ilin mayında Oslonun “Telenor Arena”sında baş tutacaq 55-ci “Eurovision” müsabiqəsində Azərbaycanı Səfurə Əlizadə “Drip drop” mahnısı ilə təmsil edəcək.[


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla


Yer imleri