Mükemmel ve insanliqa lazim olan bir mövzudur. Möminliyi her adam bacarmaz. Her adam her saatbasi özüne vaxt ayirib dua etmekle ;,Allah;,dan merhemet istemekle mesqul olammaz. Siz dediyiniz kimi bizim Azerbaycanda coxlarinin basi pul toplamaqa, neyin bahasina olursa-olsun varlanmaq ücün yasayirlar.Bir misal: Öz ailemizde pullu olan qardasim, bacisinin ölümünün 3 ayindan sonra qizina en bahali Restoranda toy edib, el calib vur gelsin oynayirlar. Biz burada ne Allah sevgisinden, ne Aile qanun-qaydalarindan, ne Merhemetden eser-elamet görmürük.![]()
2 sonuçtan 1 ile 2 arası
-
02-10-2010, 07:26 PM #1
Möminin duasının əhəmiyyəti

Möminin duasının əhəmiyyəti
Əsgər Vətəninin keşiyində durub xalqını düşmən pəncəsindən qoruyur, xalq da dinc və təhlükəsiz yaşayır. Mömin də gecə-gündüz Allaha ibadət edib, yalvarmaqla, Allah kəlamı, dualar oxumaqla ölkə və xalq Allahın amanında olur. Çünkü oxxunan dualar bəhrəsiz olmur. Bir nəfərin xeyir-duası ilə bir ölkənin fəlakəti dayanar, bəlası uzaqlaşar, günahı bağışlanar, şeytan fəsadından qorunar. Möminlər Allahın yerdə alətləridir. Möminlərin etdikləri ibadət,yalvarış və oxuduqları duaları ilə şeytan ləin qüvvədən düşür, xəstələnir fəsadlar törədə bilmir. Möminin oxuduğu dualar, ölüləri də, diriləri də günahdan bağışlatdırır. Elə ölülər var ki, heç vaxt onların adı çəkilmir salavat, Quran oxunmur. Amma onların mallarını mənimsəyirlər, özlərini yada salmırlar. Möminlər isə hər gün cəmi ölülərə Quran ayəsi salavat oxuyub yad edirlər. Möminlər Allahın işçiləridir, məhz onların ruzuları nəzir, niyaz verməklə Quran oxutdurub, dualar etdirməklə verilir.
SUAL: Ölkəni düşmən pəncəsindən qoruyan əsgərin maddi tələbatı hökümət orqanları tərəfindən ödənilir. Bəs gecə-gündüz dörd divar arasında fasiləsiz ibadət edib, Allaha yalvarıb, xeyir dualar oxumaqla dünyanı şeytan düşməninin pəncəsindən xilas edən, qoruyan möminin maddi tələbatını kim ödəməlidir?
Möminlər gecə-gündüz Allaha yalvarmaqla, ibadət edib, ayələr, dualar oxumaqla dünyanı Allahın amanında edirlər. İmkanlılar isə bütün gizli hikmətlərdən xəbərsiz öz işlərində, ruzu qazanıb, dinc səhman, istirahətli yaşamaqdadırlar. Ey firavan həyat sürənlər dəm-dəsgah quranlar niyə inanmırsınız ki, bu dünya müvəqqətidir, axirət əbədidir, görmürsünüz ki, ölənlərdən biri dirilməyib, qurduğu büsata qayıtmayıb, əbədi dünyaya isə qurduğundan, yığdığından qəbir keçidindən, cəsədindən başqa heçnə keçirə bilməyib. Bir az şeytan-dünya əyləncələrindən macal tapın düşünün ki, əgər ölkə zəlzələ, tufan fəlakətlərinəməruz qalsaydı, əlbətdə siz nə yaşaya, nə də pul qazana bilərdiniz. Onu da bilin ki, fəlakətlərin səbəbkarı insan günahı, şeytan fəsadıdır. Ancaq Allah-təala bu törətdiklərimiz fəlakətlərə baxıb tamaşa edir, Allah bizə Quranda xəbər verib ki, günah etməyin, günahlar xəta-bəla fəlakətə çevrilir, lakin hər şeyə qadir olan Allah istəsəydi həmin günahları bağışlayardı və fəlakətə çevrilməyə qoymazdı. Bu bağışlanmağın da səbəbi olmalıdır. Bunun da səbəbi, Allaha yalvarmaq, gecə-gündüz namaz qılıb, ibadət etmək dualar oxumaqdır. Ey insanlar, bunu da siz etmirsiniz. Dünyanı salamat görüb, dinc yaşayıb, pul qazanan insanlar düşünsünlər ki, nəyə görə Azərbaycanda dəhşətli zəlzələ özünü titrətdi, göstərdi amma fəlakətini törətmədi, deməli, bunun gizli hikməti var. Möminlərin oxuduğu dualar, möminləri faciəyə məruz qoymazdı. Məhz möminlərin duası, Allaha yalvarışı hər möminin özünü, ailəsini, ölkəni və sakinləri dəhşətli zəlzələ faciəsindən qurtardı. Allaha sığındı, Allah amanında oldu.[
-
02-16-2010, 11:19 PM #2Member
- Üyelik tarihi
- Nov 2009
- Mesajlar
- 89
Re: Möminin duasının əhəmiyyəti


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla

Yer imleri