Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Bağışlayarsanmı Məni?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Bağışlayarsanmı Məni?

    Sevgilim sənə necə söyləyəcəyəm necə yazacağam..
    Sözlərim qeyri-kafi qələmim həbs. Sənə elə həsrətəm ki bütün sözlər ifadəsiz.
    Səndən əvvəl yaşamamışım səndən əvvəl mən mən deyilmişim. Sən getdiyindən bəri yenə özümdə deyiləm.
    Səninlə yaşadıqlarım çatmır xatirələr ürəyimin ağrısını dindirmir.

    Ayrılıq qapını döydü səni məndən aldı.. artıq içəri heç kim girə bilmir.

    Sevə bilmirəm kimsəni gözlərəm səndən başqasını görmür.
    Əllərim səndən başqasına getmir.
    Dodaqlarım səndən başqasını öpmür.
    Gecələri bir yorğan kimi çəkib üstümə qaranlığı örtürəm.
    Uzaq ulduzların işığı belə bu qaranlığı deşib keçmir.
    Ulduz yox ay yox bulud yox.. ümid yox sevgilim.
    Ümidsiz yaşanmır.

    Küçəyə çıxsam atdığım addımlar boşluqda gəzişir yağışlar yağsa damlalar mənə səni söyləyir.

    Çiçəklərin boyu bükük günəş bitmiş.Bu cəza çox ağır sevgilim mənə rəva gördüyün bu cəza çəkilər kimi deyil.
    Ürəyim məhv olur.

    Səhvmi bilirəm səhvin fərqindəyəm. Səndən üzr istəyəcək üzüm yox. İstəsən pəncərəndə bir quş olum əlinin tərsiylə uçurma məni.
    İncə barmaqlarında solğun bir çiçək olum büzdürüb qırma məni..

    Susub getdin çəkib getdin.
    Amma elə sərt elə ağır ki ruhum can damarım kəsilsə bir damla qanım axmaz.
    Gözlərəm üfüqə diyili bir kiçik qırmızı işıq gözləyirəm səndən.

    Bir işıqlıq teli.. Bir ümid.. bağışlayarsanmı məni?

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.