1 sonuçtan 1 ile 1 arası
-
01-20-2010, 10:19 AM #1
“AzərSat” 2012-ci ilə qaldı
Gecikmələr məsləhətçi şirkətlər, ekspert qrupu və Maliyyə Nazirliyinin tövsiyə və tələblərinin nəzərə alınması ilə bağlıdır
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) 2012-ci ilin iyununda “AzerSat” ilk milli peykini kosmosa buraxmağı planlaşdırır. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan prezidentinin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ildə respublikanın sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında bildirib.
Nazir deyib ki, bu işdə təxminən 3 aylıq gecikmə var, bu da ki, məsləhətçi şirkətlər, ekspert qrupu və Maliyyə Nazirliyinin tövsiyə və tələblərinin nəzərə alınması ilə bağlıdır.
Onun sözlərinə görə, hesabat ilində ilk telekommunikasiya peykinin orbitə çıxarılması üçün uyğun tenderlər keçirilmiş və məsləhətçi şirkətlərin köməyi ilə yanvarın axırına orbital mövqe kontraktı, fevralda isə istehsalçı şirkətlə baş kontraktın imzalanması planlaşdırılıb. Ə.Abbasov əlavə edib ki, yuxarıda gföstərilən səbəblərə görə, peykin orbitə buraxılması 2012-ci ilin iyununa planlaşdırılıb.
Azərbaycan 2012-ci ildə rəqəmsal televiziyaya keçməyi planlaşdırır. Onun sözlərinə görə, televiziya və radio yayımları sahəsində ötən ilin əsas nəticəsi kimi Bakı, Sumqayıt və Abşeronda rəqəmli efir televiziya test yayımı işə salınıb: “Ölkələrin hökumətləri məlumatlandırılıb ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qərarı ilə 2015-ci ilə qədər bütün dünyada televiziya və radio verilişləri rəqəmli yayıma keçirilir və həmin vaxtdan etibarən analoq radio və televizorların istehsalı bütün dünyada dayandırılacaqdır. İnvestisiya üçün təqdim etdiyimiz layihəyə və Nazirlər Kabinetinə təqdim edilən tədbirlər planına əsasən Azərbaycanda rəqəmli televiziya yayımına keçid 3 il tez, 2012-ci ildə başa çatmalıdır".
“AzerSat” peykinin kosmosa buraxılmasının ümumi dəyəri 163 milyon manat həcmində qiymətləndirilir. Peykin öz dəyəri 86-87 milyon. manat, peykin idarə edilməsinin əsas və ehtiyat sistemləri üzrə xərclər 16 milyon manat, peykin orbitə çıxarılması üçün raketin hazırlanması və buraxılması 40 milyon manat, 100 faizlik sığorta 18 milyon. manat təşkil edəcək. Xərclər 5-7 il ərzində çıxarılmalıdır. Peyk istismar olunduğu növbəti 15 ildə xalis mənfəət gətirməlidir.
Ehtimal olunur ki, “AzerSat” rabitə peykinin yaradılması və buraxılması layihəsi güzəştli şərtlərlə verilən kredit vəsaitlərinin hesabına qismən maliyyələşdiriləcək. Kreditin qaytarılma müddəti 5-7 ildir.
Xəbər verildiyi kimi, Azərbaycan 2007-ci il martın 20-də “AzerSat” milli rabitə peykinin buraxılması haqqında ilk təklifini Beynəlxalq Telekommunikasiya İttifaqına təqdim edib.
Nazirliyin mütəxəssislərinin fikrincə, milli peyk keyfiyyətli və etibarlı rabitə, teleyayım təşkil etmək, kanalların sayını artırmaq imkanı verəcək. Əgər “AzerSat” Avropa ərazisini əhatə etsə, Azərbaycan kanalların Avropa və Asiyaya yayımında tranzit ölkə kimi çıxış edə bilər.
[


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri