Allah razı olsun...
5 sonuçtan 1 ile 5 arası
-
01-03-2010, 07:28 PM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Kişinin ailə qurmaq niyyəti
KİŞİNİN AİLƏ QURMAQDA NİYYƏTİ
281*Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs bir qadınla təkcə onun gözəlliyinə görə evlənsə, istədiyinə çatmayacaqdır. Hər kəs qadınla təkcə malına görə evlənsə, mütəal Allah onu təkcə o mala vəkil edər. Sizlərə dindar qadın seçməyi tövsiyə edirəm. (çünki bütün xeyir və bərəkətlər onun vücudunda qoyulmuşdur.)
Təhzib /7/399.
***
282*İmam Sadiq əleyhissalam buyurur: Hər kəs qadınla təkcə malına görə ailə qursa, mütəal Allah onu yalnız həmin mala həvalə edər. (Yə`ni çətin vaxtlarda Allahın lütfündən binəsib qalar.)
Kafi /5/333.
***
283*Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs qadının malına görə onunla ailə qursa, Allah onu o mala həvalə edər; hər kəs onunla gözəlliyinə görə evlənsə xoşlamadığı və acığı gəldiyi şeyləri o qadında görəcəkdir; hər kim qadınla dininə görə ailə qursa, Allah o yaxşılıqları onun üçün cəm edəcəkdir.
Təhzib /7/399.
***
284-Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs qadınla təkcə gözəllik və cəmalına görə ailə qursa, Allah o qadının gözəlliyini onun üçün əzab-əziyyət mənbəyinə çevirər.
Vəsailuş-şiə /20/53.
***
285*İmam Səccad əleyhissalam buyurur: Hər kəs Allaha və sileyi-rəhimə görə ailə qursa, Allah onun başına izzət tacı qoyar.
Mən layəhzuruhul-fəqih /3/385.
***
286*Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Qadınla təkcə onun gözəlliyinə görə evlənmə, çünki onun gözəlliyi iffətsizliyinə səbəb ola bilər, həmçinin qadının malına görə onunla evlənmə, çünki bu iş onun tüğyan etməsinə, itaətsizliyinə səbəb ola bilər. Sən qadınla onun dininə görə ailə qur.
Məhəccətul-beyza /3/85.
-
01-03-2010, 08:48 PM #2Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 1.149
Re: Kişinin ailə qurmaq niyyəti
...
-
01-03-2010, 10:29 PM #3
Re: Kişinin ailə qurmaq niyyəti
Tesekkur qadasi
[
-
01-04-2010, 12:40 PM #4Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Kişinin ailə qurmaq niyyəti
Çox sağolun minnetdaram
-
01-04-2010, 04:31 PM #5
Re: Kişinin ailə qurmaq niyyəti
cox sag ol
Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla


Yer imleri