1 sonuçtan 1 ile 1 arası
-
01-02-2010, 02:05 PM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Men seni sevdim
Hər yağış damlası düşdüyündə torpağa
Yağış olub damla damla axdın ürəyimə
Kök saldı sevdan böyüdükcə böyüdü ürəyimdə
Mən səni
Bu şəhərin dənizini sevdiyim kimi sevdim
Dalğa - dalğa vurdun könülümün sahillərinə
Maviliklərində itdim mənliyimi itirdim
Üfüqdə qaldı gözlərim mən həmişə səni gözlədim
Mən səni
Bu şəhərin küləklərini sevdiyim kimi sevdim
Küləklərində əsdim çatdım sənə
Toxundu əllərim ağ düşmüş saçlarına
Küləklərlə pıçıldadım hər dəfə
Səni çox sevdiyimi qulağına
Mən səni
Bu şəhərin payızını sevdiyim kimi sevdim
Yarpaq yarpaq saraldım həsrətinlə
Saraldı soldu yoxluğunda ürəyim
Sənsiz baharlar bitdi xəzana döndüm ...
Mən səni
Bu şəhərin güllərini sevdiyim kimi sevdim
Hər mövsüm rəngarəng gül olub açdın könülümdə
Tikanlarına aldırmadan ağrıyan ürəyimlə sevdim
Qoparmağa iyləməyə qıya bilmədim səni
Mən səni ey sevdiyim insan
Dənizin sahili, Günəşin ayı sevdiyi kimi sevdim
Amma sən heç bir zaman məni sevmədin . . .


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri