Fidan hanım emeğinize sağlık, anladığıma göre mürebbeler reçel demek, bu tarifleri alıp yapması için anneme vermeyi düşünüyorum fakat birkaç kelimeyi anlayamadım zoğal, ağ gilası, feyxoa, xartut, naringi ve budur goz Türkçe karşılığını siz yada bilen bir arkadaş yazarsa memnun olurum.
![]()
10 sonuçtan 1 ile 10 arası
-
04-19-2007, 04:14 AM #1Moderator
- Üyelik tarihi
- Dec 2006
- Mesajlar
- 2.721
Mürebbelerimiz
Əncir mürəbbəsi:
Əncir - 1kq, şəkər - 1kq, limon turşusu - 1q, vanilin - 0,5q.
Əncirdən qabıqlı və ya qabığı soyulmuş halda mürəbbə bişirilir.
1. Qabıqlı mürəbbə bişirdikdə əncirin saplağı kəsilir, 5 dəq. istiliyi 80-850 S olan suda pörtülür. Əncirin üzərinə şərbət tökülür və 2 dəfəyə bişirilir.
2.Qabığı soyulmuş əncirin üzərinə şəkər tozu səpilir, 8-10 saat saxlanılıb zəif alov üzərində 50-60 dəq. bişirilir. Hazır olana yaxın limon turşusu və vanilin əlave edilir.

Zoğal mürəbbəsi:
Zoğal - 1kq, şəkər - 1,2kq.
Zoğaldan bütöv və çəyirdəyi çıxardılaraq mürəbbə bişirilir. Şəkərə 2 stəkan su töküb şərbət hazırlanır. Şərbətin yarısı birinci bişirmədən əvvəl, yarısı isə 2-ci bişirmədən əvvəl tökülür. 5 - 8 saat saxlamaq şərti ilə 2 dəfəyə bişirilir. Bəzən zoğalın üzərinə şərbətin hamısı tökülür, qaynadılır və aradan 10-15 dəqiqə soyutmaq şərtilə 4 - 5 dəfəyə bişirilir.

Qarpız mürəbbəsi:
Qarpız qabığı - 1kq, şəkər - 1,2kq, vanilin - 0,5q, limon turşusu - 1,2q.
Qarpız mürəbbəsi üçün qalınqabıq qarpız növləri götürülür. Əvvəlcə qabığın yaşıl hissəsi nazik kəsilib atılır, düzbucaq və romb (1,5 - 2) və ya kub (2 - 3 sm) formasında doğranılır. 0,8 - 1,0 saat əhəng suyunda saxlanılır. Sonra təmiz yuyulub üstünə qaynar şərbət tökülür, arada 8 saat saxlanılmaqla 3 dəfəyə bişirilir, hazır olana yaxın limon turşusu və vanilin əlavə edilir.

Ərik mürəbbəsi:
Ərik - 1kq, şəkər - 1,2kq.
İri əriyin çəyirdəyi çıxarılır, xırdalar isə bütöv bişirilir. Əriyin səthi 8 - 10 yerdən deşdəklənir və 1 dəq. suda pörtülür. Üzərinə qaynar şərbət tökülür. 8-10 saat saxlanılır. Arada 8 saat saxlamaq şərtilə 3 dəfə mürəbbənin şirəsi qaynadılıb əriyin üstünə tökülür və 4-cü dəfə hazır olana kimi bişirilir.

Ağ gilas mürəbbəsi:
Çəyirdəyi çıxarılmış gilas - 1kq, şəkər tozu - 1,2kq, limon turşusu - 2q, vanilin - 1q, və ya hil 3q.
Mürəbbə bişirmək üçün ətli gilas növləri götürülür. Çəyirdəyi çıxarılmış gilasın üzərinə şəkər tozu əlavə edilir, 3-5 saat saxlanılır. Zəif alov üzərində hər dəfə 6 - 8 dəqiqə qaynadılıb 5 - 6 saat saxlanılmaqla 3 dəfəyə bişirilir. Hazır olana yaxın limon turşusu, vanilin və ya hil əlavə edilir.

Qızılgül mürəbbəsi:
Qızıl gül ləçəkləri - 100 q, şəkər - 900q, lumu turşusu - 2q.
Ən yaxşı mürəbbə Qazanlıq qızıl gülünün ləçəklərindən alınır. Ləçəklərin aşağı ağ hissəsi kəsilib atılır, yuyulur və 5 dəqiqə qaynar suda pörtülür. Pörtülmək üçün istifadə olunan suda 40%-li şərbət məhlulu hazırlanır, ləçəklərin üstünə tökülür və bir dəfəyə hazır olunca bişirilir. Hazır olana yaxın limon turşusu əlavə edilir. İtburnu gülünün ləçəklərindən də mürəbbə bişirilir.

Feyxoa mürəbbəsi:
Feyxoa - 1kq, şəkər - 1,2kq.
Eyni ölçülü feyxoa yuyulur, 3,5 dəq qaynar suda pörtülür, qabığı soyulur və üzərinə şəkər tozu əlavə edilib 18-20 saat saxlanılır. Sonra 100ml su əlavə edilib zəif alov üzərində arada 8 saat saxlamaq şərtilə 2 - 3 dəfəyə bişirilir. Feyxoadan qabıqlı mürəbbə bişirdikdə əvvəlcə onları 7 - 8 yerdən deşdəkləyib 8 - 10 dəq. qaynar suda pörtürlər. Üzərinə şərbət əlavə edilir və 2-3 dəfəyə bişirilir.

Cənnət almasından mürəbbə:
Alma - 1kq, şəkər - 1,3-1,5kq.
Cənnət almasının çiçək kasacığını təmizləyirlər, saplağını isə yarıdan kəsirlər. Sonra almanı bir neçə yerdən deşdəkləyib 3 - 5 dəq 1000 S - də pörtürlər. Üzərinə şəkər şərbəti töküb 3 - 4 saat saxlayırlar. Zəif alov üzərində qızdırılmaqla 5 - 7 dəq. qaynadılıb 6 - 8 saat saxladıqdan sonra ikinci dəfə 7 - 10 dəq. hazır olana kimi bişirirlər.

Tut mürəbbəsi:
Ağ tut - 1kq, şəkər - 1,2kq, lumu turşusu - 2q.
Seçilmiş tutun üzərinə şəkər şərbəti əlavə edilir, və zəif alov üzərində 5 dəqiqə qaynadılıb 20-250 S-yə qədər soyudulur. İkinci dəfə 8-10 dəqiqə qaynadılıb soyudulur və üçüncü dəfə hazır olana kimi bişirilir. Hazır olana yaxın limon turşusu əlavə edilir.

Xartut mürəbbəsi:
Azerbaycanda, xüsusən Abşeron yarımadasında bir çox qara tut sortları yetişir ki, bunlardan da ən keyfiyyətlisi xartut adlanır. Ağ tutdan olduğu kimi qara tutdan da mürəbbə bişirirlər.
Xartutun iri gileleri seçilir və üzərinə şəkər tozu səpilib 8-10 saat saxlanılır. Mürəbbəni zəif Alov üzərində arada 8 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirirlər. Xartut gilələrinin üzərinə qaynar şərbət töküb ağ tut mürəbbəsi kimi də bişirmək olar. 1 kq xartut üçün 1,3-1,5 kq şəkər götürülür.

Naringi mürəbbəsi:
Naringi - 1kq, şəkər - 1,2kq.
Bütöv naringilər 900 S-də 15 dəq pörtülür, soyudulur və 10 - 12 saat soyuq suda saxlayırlar. Sonra naringiləri uzununa yarıya bölüb üzərinə şərbət tökür və 6 - 8 saat saxlayırlar. Şərbəti ayrıca qızdırıb naringinin üzərinə tökmək şərtilə mürəbbəni 4 dəfəyə bişirirlər.

En çox sevdiyim mürebbe budur, qoz mürebbesi
Qoz mürəbbəsi:
Emal edilmiş qoz - 1kq, şəkər - 1,5kq, limon turşusu - 3q, mixək - 3q, və ya hil - 3q, (50 ədəd qoza 1 kq şəkər).
Mürəbbə bişirmək üçün diametri 24 mm-dən az olmayan qabığı odunlaşmamış sütül qoz götürülür. Qozun qabığı nazik soyulur, gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün suda saxlanılır. Sonra qoz əhəng suyuna qoyulur. Gündə 4-5 dəfə qarışdırılmaq şərtilə 2-3 gün əhəng suyunda saxlanılır. Əhəng suyundan çıxarlımış qozları bir neçə yerindən deşdəkləyib yenidən gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün suda saxlayırlar. Beləliklə, emal edilmiş qozlar qaynar suda 2025 dəq. pörtülür. Üzərinə şərbət əlavə edib arada 4-5 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirilir. Axırda limon turşusu, mixək və ya hil əlavə edilir və 20 gündən az olmayaraq yetişdirilir.
Əhəng suyunu hazırlamaq üçün 500q təmiz əhəng 3 litr suda həll edilib, 3-4 saat saxlanılır və çökmüş əhəngin üst qatındakı şəffaf məhlul tənzifdən süzülür.

Nuş olsun
-
04-19-2007, 04:45 AM #2
-
04-19-2007, 05:31 AM #3Moderator
- Üyelik tarihi
- Dec 2006
- Mesajlar
- 2.721
ağ gilas - beyaz kiraz
turkmaya Nickli Üyeden Alıntı
feyxoa - feijoa
naringi - mandalina
qoz - ceviz
zoğal - kızılcık
Xartut - un türkçe menasını bilmediyim üçün heç bir şey deye bilmirem, bağışlayın.
-
04-19-2007, 05:53 AM #4
Çok teşekkürler ederim asıl manasını bilmek istediklerimi cevaplamışsınız.
-
04-19-2007, 12:41 PM #5
Sağol Fidan!
Arvada deyim görüm pişirebilir bunları
Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.
Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.
-
04-19-2007, 12:57 PM #6Moderator
- Üyelik tarihi
- Feb 2007
- Mesajlar
- 6.163
Biz fidanla beraber Bakü'de yeyecez mürebbeleri.
[
Ya da
[
-
04-19-2007, 01:11 PM #7Meni de devet edersiniz? Arvad tapana qeder Fidanın pişirdiklerinden yeyim
elif-elif Nickli Üyeden Alıntı
Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.
Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.
-
04-19-2007, 01:13 PM #8Moderator
- Üyelik tarihi
- Feb 2007
- Mesajlar
- 6.163
Sene yox
Azerbaycanli Nickli Üyeden Alıntı
Sen bizi Adana'ya devet etdin? Men de senin Adana'da elediyin kimi sene de çatsın deye çox yeyerem heç narahat olma.[
Ya da
[
-
04-19-2007, 01:23 PM #9
[quote=elif-elif]
Sene yox
Azerbaycanli Nickli Üyeden Alıntı
Sen bizi Adana'ya devet etdin? Men de senin Adana'da elediyin kimi sene de çatsın deye çox yeyerem heç narahat olma. [/quote:3acdak37]
Yaxşı onda menim yerime çox yeyersen. Mende gedim MANTI yeyim. Kayserideyem. Yememek olmaz axı
Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.
Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.
-
04-19-2007, 01:34 PM #10Moderator
- Üyelik tarihi
- Dec 2006
- Mesajlar
- 2.721
Azerbaycanli Nickli Üyeden Alıntı


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri