Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Əşşi yola verdim getdi də...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Əşşi yola verdim getdi də...

    Yola vermək...

    Bu günlərdə gündəlik işlətdiyimiz sözlər cərgəsinə daha bir söz əlavə olunub.Yola vermək...
    Biz kimi və nəyi yola veririk?

    Müəllimlər dərs vaxtını boşa keçirib şagirdləri yola verir , valideyinlər işdə müdürü, saytda userlər bir birini,üzdə biri birinə gülərək iki dost biri digərini yola verir .Hətta biri birinə düşmən olanlar da biri birini yola verməyi bacarırlar....Bir sözlə bu günlərdə hər kəs biri birini yola verməklə məşğuldur.

    Bu yaxşı göstəricidirmi ?

    Hər kəs öz düşüncə tərzinə görə məsələyə müxtəlif cür yanaşa bilər.Bu haqda həm müsbət həm də mənfi fikir söyləyənlər tapılır...Məsələyə mənfi cəhətdən yanaşanlar bunun heç də müsbət hal olmadığını deyənlərdir .Onların fikirincə biri birimizi yola verməklə biz dürüstlüyümüzü itirmiş oluruq.Məsələyə müsbət cəhətdən yanaşanlar isə biri birimizi yola vermək sayəsində bir növ əsəblərimizi qorumuş oluruq deyənənlərdir.Çünki bu onlara sərf edir.

    Şagirdi yola verən müəllimin fikirincə onsuz da məktəblərdə dərs oxumaq fikirində olanların sayı azdır , nə də olsa fərdi hazırlıqlara üz tutaraq universitet həyatına hazırlaşmış olacaqlar.Mən dərs keçsəm belə məni dinləyən olmayacaq.Bu halda həm əsəblərim korlanmış olacaq eyni zamanda da şagirdlərin gözündə pis olacağam.Axı indiki şagirdlər dərs keçməyən müəllimi daha çox istəyir , axı şagirdlərə bu sərf edir...Universitetlərdəki müəllimlər də eyni qaydada dərs keçməyin mənasız olduğunu düşünürlər nə də olsa imtahanları pul ilə verəcəklər...odur ki onlar da tələbələri yola verir.

    İşini itirmək qorxusunda olanlar isə müdürün hər nazına, hər sözünə dözüb onu yola verir.

    Gündəlik girdiyimiz saytlarda da biri birini yola verənləri tapmaq mümkündür.Hər yerdə olduğu kimi burda da biri birini yola vermək əsəbləri qorumaq,özünə düşmən qazanmamaq,söz söbətdən uzaq olmaq üçün yola vermək ən gözəl çıxış yoludur.

    Bəs siz əziz userlər kimi və niyə yola verirsiniz ?

    Azeri.NET də yola verdiyiniz bir kəs varmı?Əgər varsa bunun səbəbi.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.