Men üzr isteyirem, menim Internetde Aserbaycan elifbasi helelik qaydasinda deyil.
Bir iki kimselerin müsibetlerine serik oldum, az da olsa kömeklikler gösterdim. Amma hal-hazirda menim göselim, ezizim, canimdan artiq istediyim bir tek Bacim va, onu bütün ailemden, qohumlardan tanislardan, üstün tuturam. O, cox müsibetler cekib, hele-hele son illerde iki bacilarimin vefati onu üzmüs, ve belelikle de gözel Vetenim gözel Evladi gözel Bacim hal-hazirda müsibet icindedir. Her gün her saniya o, menim yadimdadir. Allah bizim ailemize sebr versin! Bundan sonra menim heyatimin yasamaq sebebi yalniz menim biricik bacimdir. Bundan sonra Vetene dönüb yalniz ve yalniz ona baxmaq fikrindeyem.
Amma halbuki özüm ne gündeyem, qerib bir ölkede ve icimde de bu müsibet, ve her gün icimde qanayan baci yaralari .......
Daha sonra ise, men size tesekkür edirem ki, siz bu mövsuza toxunursunuz, ona göre ki, bizim gözel Ölkemizde hele ne qeder insanlar teselliye, kömeye ehtiyaclari var. Saqolun. Men sizin maraqli yazilarinizi oxuyuram, ve deyirem ki, ne gözel ki menim Vetenimin bele savadli, intiliqent cenablari, balalari var.![]()
3 sonuçtan 1 ile 3 arası
-
11-22-2009, 01:04 PM #1
Son dəfə bir insanın dərdinə nə zaman ortaq oldunuz?
Sanki çoxlarımızın çiynində dünyanın dərdi var imiş kimi şikayət edirik.Dədə-babalarımız aldıqları hər nəfəsin hesabını necə verəcəklərini düşündükləri halda ,biz bu qədər nemətin arasında şikayət etməkdən də çəkinmirik.Halbuki,biz şikayət etmək bir tərəfə dursun,dərdi olanların yanında omalı,əlimizdən bir şey gəlməsə də,heç olmasa təsəlli verməliyik.Yer üzündə hər kəsdən çox çilə çəkən Peyğəmbər Əfəndimiz(s.ə.s)nəinki şikayət edər,hətta ən çətin vaxtlarında belə darda olanlara yardım əlini uzadırdı.Bir dəfə əlində xurmanı ağzına apardığı yerdə başqasına vermişdi.Heç vaxt ondan kömək istəyəndən köməyini əsirgəməzdi.Həmişə dərdi olanlara təsəlli verərdi.Rəhmət Peyğəmbəri(s.ə.s) bizə də bunları əmr edərdi:”Kim müsibətə düşən birinə təsəlli versə,onun o dərddən qazandığı savab qədər savab qazanar”...
Elə isə,”dərdlərin batmanla gəldiyi”,insanların cürbəcür psixoloji problemlərlə üz-üzə qaldığı bu günümüzdə neçə insanın dərdinə ortaq olduq?Neçə dostumuza,yoldaşımıza təsəlli verib”Səninləyəm və həmişə də səninlə olacağam”,-dedik?Bu yaşımıza qədər neçə gənci əxlaqsız bataqlıqdançəkib çıxardıq?Yoxsa,özümüz də həyatın “dərinliklərində” boğulub gedirik?Yoxsa,özümüz də təsəlliyə möhtacıq?
Elə isə,boş durmayaq,heç olmasa ,hər həftə bir nəfərin dərdinə ortaq olaq.Ətrafımıza diqqətlə baxaq və bu dəfə kimin dərdini dinləyəcəyimizə,kimin dərdini bölüşəcəyimizə qərar verək.
-
11-23-2009, 12:11 AM #2Member
- Üyelik tarihi
- Nov 2009
- Mesajlar
- 89
Re: Son dəfə bir insanın dərdinə nə zaman ortaq oldunuz?
-
11-23-2009, 12:59 AM #3
Re: Son dəfə bir insanın dərdinə nə zaman ortaq oldunuz?
ayyy çox sağolun sizde bu gözel sözlerinizle meni çox utandırdız çox sağol qardaşım Allah sendende razı olsun
Aseri Nickli Üyeden Alıntı


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla

Yer imleri