suzi333 Nickli Üyeden Alıntı
Boş verəcəksən bəzən həyatı...
Yatarkən "sabah oyanacağammı?" sualını düşünmədən, özünü yuxunun qollarına təslim edəcəksən...
Bir parça quru çörəklə, bir stəkan su ilə dünyanın varlısı olmağın xoşbəxtliyini yaşayacaqsan...
Nəfəs alarkən, ciyərlərini yırtarcasına alacaqsan ki, yaşadığının fərqində ola biləsən...
Boş verəcəksən bəzən hər şeyi...
Ürəyin qan ağlasa da, inanılmaz böyük bir gülüş yaraşdıracaqsan ki üzünə, xoşbəxtliyi utandırasan...
İşini, evini, telefonunu, komputerini, görüş dəftərini atıb, bir dəst paltarda atacaqsan özünü küçələrə...
Beləcə, heç nə düşünmədən, küçə-bacanı gəzib, azad halda gücün bitənə qədər arxana baxmadan qaçacaqsan...
Sonra sakitcə çəmənliyə uzanıb, Torpaq ananın laylasını eşidəcəksən, rahat-rahat...
Boş verəcəksən bəzən hər şeyi...
Ağlamaq istəsən göz yaşlarını axıdacaqsan, "kim nə deyir-desin" düşüncəsiylə...
Bir dostu qucaqlayacaqsansa, bütün ürəyinlə qucaqlayacaqsan ki, sevgini hiss edə biləsən...
Sevəcəksən... Gözü qara girəcəksən sevdanın dibsiz quyusuna, həm də "sonu nə olacaq?" qorxusu
yaşamadan...
Boş verəcəksən bəzən hər şeyi...
"Sabah nə olacaq?" həyəcanı duymadan, yaşayacaqsan dəlicəsinə...
Çünki yaşamaq bir SEVDADIR, hər dövürdə bir ad qoyulan...
Unutma... Bir stəkan çay kimidir ömür...
Kimininki bir dəfədə bitər...
Kimininki isə qurtum-qurtum...
Çayın dibində qalan çöplər isə həyatdan qalan qırıntılardır..
P.S.- yaşadığın heç nə üçün peşiman olma.
Unutma, doğruların kimi, yalnışların da sənindir.
Sən sadəcə onlardan dərs çıxar... Və... Həyatı dəlicəsinə yaşa.. . )
boş verek ne olacaqsa olsun
yene üsyan oldu
3 sonuçtan 1 ile 3 arası
-
11-17-2009, 12:36 PM #1Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Boş verəcəksən bəzən hər şeyi

11-17-2009, 12:47 PM #2Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Boş verəcəksən bəzən hər şeyi
suzi333 Nickli Üyeden Alıntı
boş verek ne olacaqsa olsun
yene üsyan oldu
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
11-17-2009, 03:40 PM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Boş verəcəksən bəzən hər şeyi
P.S.- yaşadığın heç nə üçün peşiman olma.
Unutma, doğruların kimi, yalnışların da sənindir.
Sən sadəcə onlardan dərs çıxar... Və... Həyatı dəlicəsinə yaşa.. . )
boş verek ne olacaqsa olsun yene üsyan oldu
her sey yaxsi olacaq
bu qeder bedbinliye qapanmayin
bedbinlik bedbinlik getirir
az bir vaxt kecsin hey sey oz yoluna duser

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri