1 sonuçtan 1 ile 1 arası
-
04-24-2020, 02:35 PM #1
Koronavirusdan qorunmağın daha bir üsulu tapıldı
Möhkəm və sağlam yuxu nəinki əhval-ruhiyyəni yaxşılaşdırır və enerji verir, həm də immun sistemini gücləndirir, infeksiyalara qarşı mübarizədə kömək edir.
kp.ru- xəbər verir ki, bunu endokrinoloq, Rusiya Somnoloqlar Cəmiyyətinin (Somnologiya - yuxu haqqında elmdir) üzvü Mariya Fadeyeva müsahibəsində deyib.
"Şübhəsiz ki, xəstələnəndə instinktiv olaraq daha çox yatmaq istəyirik. İzahı çox sadədir: yuxu zamanı immuniteti qoruyan amillər ifraz olunur. Onların sayəsində immun sistemi viral və ya bakterial hücumu dəf etmək üçün səfərbər olunur. Möhkəm yuxu immun sisteminin fəaliyyətini artırır və infeksiya halında yaxşılaşma daha sürətli olur”, - deyə həkim qeyd edib.
Somnoloq əlavə edib ki, yuxu keyfiyyətinin pisləşməsi əksinə, immunitet sistemini zəiflədir və bədənin infeksiyaya həssaslığını artırır. Fadeyevanın sözlərinə görə, özünütəcrid dövrü yuxu cədvəlini qurmaq və bunu vərdiş halına gətirmək üçün əla fürsətdir.
Benzer Konular
-
Koronavirusdan qorunmaq üçün hansı tədbirlər alına bilər?
By Aygun in forum Sağlamlıq - Səhiyyə - TibbCevaplar: 0Son Mesaj: 03-19-2020, 02:56 PM -
Zirəddin enerji vampirlərindən qorunmağın yolunu açıqladı
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 10-30-2013, 01:50 PM -
Xərçəngdən qorunmağın ən asan yolu
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 03-03-2013, 03:11 PM -
Şeytandan qorunmağın yolu Allaha sığınmaqdır
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 12-23-2012, 02:04 PM -
Stressdən qorunmağın daha bir üsulu
By Baku in forum Sağlamlıq - Səhiyyə - TibbCevaplar: 0Son Mesaj: 09-10-2010, 01:05 AM


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri