Əsas məzmuna keç
5 sonuçtan 1 ile 5 arası

UNUDULMAYAN QADİNLAR

  1. #1
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    UNUDULMAYAN QADİNLAR

    Kişil ərin müxtəlifliyinə və fərqliliyinə baxmayaraq bütün ki şil ərin yaddaşında həkk olunan və unuda bilm ədikl əri bir qadın surəti vardır – “ Həyat və ömür yoldaşı ” . Hər bir kişi hər hansı bir qadını həyatının yoldaşı kimi gördüsə, təsəvvür etdisə, düşündüsə artıq onu unuda bilmir. O qadın ki, ki şinin həyatının bütün anlarında iştirak edir, hər şeydə diqqətli olur, onun həyatının, sevincinin, kədərinin, fikirlərinin, istəklərinin və hər şeyin incəliklərini hiss edir, o qadın unudulmur. O qadın hadisələri sadəcə kənardan m üşahidə etmir, o özünü, baş vermiş hər şeyin içində yaşamış kimi hiss edir. O qadın kişiy ə hiss etdirə bilir ki, o m əhz kişinin xüsusi aləminə, yalnız və yalnız o ki şiy ə aiddir, ona məxsusdur. O qadını kişi unuda bilmir, çünki o qadın bu kişinin həyatının bütün xatirələrinə bağlıdır. Əziyyətlərə qatlanan, ağrılara səbr edən, baş verən hadisələrdə həmi şə kişiyl ə yan-yana iştirak edən və hər cür təzyiqlərə təhəmm ül edən qadını kişilər unuda bilmirlər. Hətta ki şilər ağır anlarında və çətinliklərin ən yüksək təzyiqində o qadınlara y önəlm əkdə rahatlıq tapırlar. Çünki o qadınla nə kədər, nə qəm, nə də qüssə qalır. O qadın nə vaxt, harda və necə olacağını bilir. Lazım olan kəlm əni gərəkdirsə əzizləməklə, gərəkdirsə hövsələylə, gərəkdirsə məhəbbətl ə və gərəkdirsə sərt söylər, amma hikm ətli addım atar. Bu qadını kişi unuda bilərmi?! Kişi xoş hissl ərini, duyğularını və ləzzətli anlarını qadınla bir yerdə keçirmək istəyir və mütl əq görm ək istəyir ki, qadın m əhz onunla nəşələnir, onunla xoşlanır. Ən xırda və dəqiq i şlərdə, ən ki çik münasibətl ərdə belə onlar ikisi də xoş duyğular keçirirlər. Onların həyatı sanki bitm əyən ləzzətl ər və xoş sürprizlər serial ından ibarət olur. Kişi bundan m əmnunluq duyur və razılıq hissi keçirir. Qadın, onsuz həyatının mənasını itirdiyini ona hiss etdirir. Bu cür qadın həyatın bütün anlarını gözəl və xoş xatirə kimi qeyd edir, ki şi isə o qadını unutmaqda çətinlik çəkir. Ağıll ı qadın onunla yaşayan kişini yaxşı tanıyır, onunla necə rəftar edəcəyini əla bilir. Anlayır ki, hər bir ki şinin özünəməxsus fərqli təbiəti, xasiyyəti, dərrakəsi və düşüncəsi var. Məhz bunlara əsasən o qadın həmin kişiyl ə necə danışacağını, o ki şiy ə necə yanaşacağını, nə istəyəcəyini, nə vaxt istəyəcəyini, nə vaxt susub, nə vaxt dinləyib və nəvaxt söz dey əcəyini yaxşı başa düşür. Hətta bundan əlavə o qadın, ki şisinin necə önə getməyini, necə irəliləyib inkişaf etməyini də bacarır və ona yardım edir. Çünki o qadın ki şisinin içində və qəlbində bir inam və arxayınlıq yarada bilir. Bu qadın həyatın yoldaşı, sirdaşı və ömrün bir parçasıdır. Bu qadın unudulmur. Unudulmaz tanınan və yaddaşlarda qalan qadın öz qadınlığı nı düzgün biruzə verm əyi bacarır. Kişisiylə olduqda öz qadınlığı nı hiss etdirməklə bərabər kişiy ə də öz ki şiliyini hiss etdirməyi bacarır. Qadınlıq işvəsini artırdıqca ki şi də öz kişiliyini hiss edərək fərəhlənir, məmnun olur, amma qadın açıq-aydın qadınlıq nazı göstərdiyini bildirmir, cilvəsini biruzə vermir. Həqiqi qadınlıq obrazını kişi yalnız hiss edə bilir, onu açıq-aydın qadında görmür. Qadın öz danışığı, öz sözləri, öz səs tonu, öz hərəkəti və paltarları il ə öz kişisinin diqqətini həmi şə və hər zaman özünə yönəltməyi bacarır. Bu qadını kişi sevir, qadınlığını sevir, incəliyini sevir və heç cür unuda bilmir.Daxili gözəlliyi, istiqanlığı , mülayimliyi, güzəştə getmək bacarığı , sakitliyi və sabit şəxsiyyəti olan, bir sözlə bütün tikanlar arasında gül kimi qala və çiçək təravətini qoruya bil ən qadın ki şinin həyatının əsas hissəsi olur, unudulmayan, qəlbində və yaddaşında xüsusi yer tutaraq qal ır. Çünki yola getm əyi və güzəşt etməyi bacaran qadını kişi çox sevir. O qadın özünü başqa cür göstərm əyə çalışmır, kişisinin xoşuna gedən halda olmağa çalışır, ki şisini hər mövzuda sıxmır, narazılığı nı çox bildirmir. Həyat kitabını açıq buraxır, ki şi isə o qadına bütün olanları deyir, heç bir şeyi gizli saxlam ır. Bu xüsusiyy ət qadında, gözəllikdən də üstün tutulur. Eyni zamanda o unudulmaz qadın, öz hissl əri və coşub-daşan duy ğuları ilə də fərql ənir. O öz hissləri il ə kişisinə o qədər yaxın və o qədər əziz ola bilir ki, ki şi qadınında istədiyi bütün qadın obrazlarını və hissl ərini tapa bilir. O qadın sadəcə xanımı və sevgilisi deyil, ehtiyac duyulan zaman anası da ola bilir. Əslində kişi böyük uşaqdır, sadəcə bu böyük uşağın ehtiyacları və tələbləri balaca uşaqdakından fərqli və kəmiyyətcə çoxdur. Kişi qadınındakı bütün duy ğuları hiss etmək istəyir. O qadın ki şinin daxilində, həyatında elə bir iz, elə bir əsər buraxır ki, onun m övcudluğu daim həmin kişinin beynində, gözünün önündə və dilində qalır. Sanki o qadının həmi şə, bacardığı hər şeyə hazır olduğunu və bacardığı hər şeyi verə bil əcəyini hiss edir. Qadın isə verdiyi heç bir şeyin nə qarşılığı nı istəyir, nə də hesaba çəkir. Çünki kişinin təbiət və xasiyy ətindəndir ki, daim haql ı olmaq, sözü keçərli və arzuladığı nı həmi şə əldə etmək istəyir, özü də qarşılıqsız və şərtsiz. Öz etdiklərini sayan, xatırladan, hesaba çəkən, qarşılıq tələb edən qadına isə kişilər nifrət edir. Əlbəttə, nə zaman qüvvətli və sərt olmağı və nə zaman özünü zəif və zərif göstərm əyi bacaran qadını da ki şi sevir. Çünki bəzən o kişi hətta qadından qüvvət və dəstək almaq istəyir. Qadın isə o zamanlar güclü və dəstək vermək iqtidarında olduğunu bildirməlidir. Daim zəif və zərif qadın obrazı da m ənfidir. Qadın gözəl varl ıqdır, unudulmazdır, amma unudulmazl ığı nı xoş xatirələrlə qoruyub saxlamalıdır. Mövzu yazdıqca uzana bil ər, yuxarıda sadalanan xüsusiyy ətl ərin ham ısı bir qadında cəm olmaya da bil ər, olması da şərt deyil. Bəzən bir xüsusiyy ətl ə qadın kişisinin qəlbində və ruhunda elə bir cizgi çəkir ki, kişi hər zaman onu xatırlamaqdan zövq alır. Tarixdən bu cür qadınlara çox misallar gətirm ək olar, amma sonunda sadəcə bir misalı gətirməklə kifay ətl ənirik; Möminlərin anası Aişədən (r.a) rəvayət olunur ki, belə demişdir: “ Rəsulullahın (s.a.s) xanımlarını heç qısqanmam ışam, yalnız Xədicədən başqa. Mən onu heç görməmi şdim. Rəsulullah hətta qurbanl ıq quzu kəsərkən bel ə deyirdi ki; “ Bunu da Xədicənin dostlarına aparın ” . Bir gün Onu (s.a.s) qəzəbləndirdim və Xədicənin adını çəkdim O (s.a.s) da dedi ki; “ Mənə onun sevgisi bəxş olunub ” . El ə bil dünyada Xədicədən başqa qadın yoxdur! ” Yenə Aişədən (r.a) rəvay ət olunur ki; “ Rəsulullah (s.a.s) Xədicənin adını çəkərkən həmişə Onu (r.a) tərifləy ərdi. Bir gün qısqancl ığı mdan – Onun adını nə çox çəkirsən?! – dedim. Dedi ki: “ ...Allah Ondan daha xeyirlisini verməyib m ənə. Yalnız O iman gətirmi şdi, hamı küfr edirdi mənə. Heç kim mənə inanmayan zaman O m ənə inanmışdı. Hamı məni mal-dövlətindən məhrum edərkən, yalnız O mənə yardım etmişdi. Hamının övladlarından məhrum idim, Allah ondan mənə övladlar bəxş etmi şdi." Bir başqa hədisdə də Aişədən (r.a) rəvayət olunur ki; “ Rəsulullahın (s.a.s) heç bir xanımını, Xədicəni qısqandığı m kimi qısqanmam ışam. Ona görə ki, Rəsulullah (s.a.s) Onu tez-tez yad edərdi, tərifləy əri. Allah təala hətta Rəsuluna (s.a.s) vəhy etmişdi ki, Onu (Xədicəni) cənnətdə bir evlə müjdələsin. ” Hamısını yaza bilm əsək də, bu haqda rəvayətl ər çoxdur. Sadəcə bu hədisləri və Allah rəsulunun (s.a.s) həyatını oxuyarkən təəccüblənirik ki, Pey ğəmbərimizin (s.a.s) xanımlarının ən yaşlısı olmuş Xədicə necə də qısqandırıcı bir xanım olmuşdur. Rəsulullahın (s.a.s) həyatında necə iz buraxmışdır ki, daim Onu (r.a) xatırlayar yad edərdi. Rəsulullahın (s.a.s) bütün övladları Xədicədən (r.a) olmuşdu, yalnız İbrahimdən başqa. Xədicə (r.a) ilə evli olarkən Onun (r.a) üzərinə heç bir qadın almamışdı, evl ənməmi şdi.
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika United States
    Mesajlar
    2.811

    Re: UNUDULMAYAN QADİNLAR

    tşk,emeye hörmet

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: UNUDULMAYAN QADİNLAR

    vyyy super eziyyete respect

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: UNUDULMAYAN QADİNLAR

    gozeldi. bir dua ver,tanri yaxsilari yaxsilara qovusdursun deye. ele unudulmaz qadinlarlar vaki zalim heyat yoldaslari,hec qedrini bilmirler.qadin qadin kimi,kisi kisi kimi olmalidir. tesekkurler.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: UNUDULMAYAN QADİNLAR

    Menim kitab oxumaqdan zehlem gedir amma ki,qadinlar haqqinda felsefe kitablari oxuyuram misal ucun Yasar Ehmedovun qadinlarin sirli muemmali dunyasi haqqinda felsefe kitabi 1000 sehifeden ibaretdir onu oxudum bitiridim cox gozel de kitabdir , menim ucun unudulmayan qadin var,day bilmirem unudulan kisi varmi?

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.