Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Türk mətbəxindən plov

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Türk mətbəxindən plov

    Sizlərə Türk mətbəxindən tez hazırlanan plov növünü təqdim edirəm..




    ƏRZAQLAR

    500 qr dana əti
    1 soğan
    1 kartoşka
    2 stəkan düyü
    yağ
    duz
    istiot

    1.sümükləri təmizlənmiş dana ətini kiçik-kiçik doğrayın.(bunu doğranmiş toyuq əti ilə də əvəz etmək olar)sonra bir tavada üzərinə duz,istiot, 1 stəkan qaynar su əlavə edib bişirin.

    2.düyünü yuyub qaynar su ilə isladın.

    3.soyulub yuyulmuş kartoşkalari halqa-halqa doğrayıb qızardın.soğanıda halqa-halqa doğrayın.

    4.içi dərin qazanın dibini yağlayın və soğanı düzün.üzərinə bişirdiyiniz ətləri suyu ilə bərabər boşaldın.ətlərin üzərinə qizartdiğiniz kartoşkalari düzün.ən axırda islanmış düyünün suyunu süzüb ətlərin üzərinə əlavə edin. düyünün üstünə biraz doğranmiş kərə yaği düzün. və ən sonda 4 stəkan qaynar suyu düyünün üzərinə tökün.zəif xodda suyu çəkilənə qədər bişirin.

    5.yemək bişdikdən sonra serviz edəcəyimiz qabi qazanın ağzına örtün və qazani yavaşca tərs çevirin.yavaş-yavaş qazanı qaldırın.hazırladığınız plovu süfrəyə verərkən üzərinə biraz cəfəri doğrayın.NUŞ OLSUN!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.