1 sonuçtan 1 ile 1 arası
-
10-24-2009, 07:37 PM #1
Əslində qadın...
Bir qadın həyatdır əslində. Çünki, həyatın içində olan hər şey ancaq qadınlar olduğu zaman bir məna kəsb edə bilirlər. Yemək, su içmək belə. Bir qadının əlindən alıb içdiyiniz su ilə stəkanı özünüz dolduraraq içdiyiniz su arasında ləzzət fərqini hiss edə bilirsinizmi?
Hiss edə bilirsənsə, xoşbəxtsən. Hiss edə bilmirsənsə sadəcə təəssüflənmək qalır. Çünki, əslində bu həyatı yaşamırsan...!!
Qadın əslində uşaqdır. Uşaq kimi hərəkət etməyi xoşlayır. Sevgilisinin ona bir uşağa göstərdiyi şəfqəti göstərməsini istəyir. Bir uşağı incitməkdən qorxaraq oxşamalıdır kişi qadını. Amma hər qadın uşaq kimi olsa belə ona qulaq asmağı, onun dediklərinə diqqət etməyi istəyir. Yəni, bir qadının uşaqlıq etməsinə icazə verməlisiniz, amma onu əsla bir uşaq kimi görməyəcək, bir uşaq hesab etməyəcəksiniz. Qadın əslində güclüdür. Hətta kişilərdən də güclü. Amma, bu gücündən həmişə istifadə etməyi sevməz. İstər ki, kişisinin gücü ona hüzur versin, rahatlıq versin. Özünün edə biləcəyi işlərin belə kişisinin etməsini gözləyir. Beləliklə, həm qadın olduğunu hiss edəcək, həm də kişinin nə qədər güclü olduğunu görəcəkdir. Ancaq, qadın gücünü göstərmək istədiyi zaman ona mane olmaq mümkün deyil. Görmək istədiyi, beyninə saldığı bir iş varsa onu mütləq edəcəkdir. Qadın əslində sevgilidir. İçində hər zaman sevgini daşıyır. Sevdiklərindən asanlıqla ayrıla bilməz. Sevdiklərinin qəlbini qırmaz. Çətinliklə, güclüklə sevər, ancaq tam, sözün əsl mənasında sevər. Bir qadının kimisə bütünlüklə sevə bilməsi üçün ürəyinin qəbul etdiyini beyninin də qəbul etməsi lazımdır. Və əgər sevməzsə, onu əsla və əsla məcbur edə bilməzsiniz. Bəlkə asanlıqla qəlbinə girə bilərsiniz. Ancaq beynində yer tutmazsanız hər zaman tərk edilə bilərsiniz. Sevmədiyi halda tərk etməyən qadınlar da vardır əlbəttə ki. Bunun səbəbi isə öhdəsindən gələ bilmədikləri rəhm və təəssüf duyğularıdır. Qadın əslində tənhadır. Heç bir zaman bir qadını tamamilə əldə edə bilməzsiniz. Özünə aid bir dünyası var və orada hər zaman yalnızdır. O dünyaya kimsənin daxil olmasına imkan verməz. Heç bir açar o dünyanın qapısını aça bilməz. Yalnızlıq onun sığınağıdır. O sığınağa nə zaman girəcəyinə, nə qədər qalacağına hər zaman özü qərar verir. Sığınağında ikən onu oradan çıxmağa məcbur etsəniz onu həmişəlik itirə bilərsiniz. Qadın əslində biliklidir. Nələr edə biləcəyini kişi ağlı xəyal belə edə bilməz. Yaradıcılığının sərhəddi yoxdur. Ancaq bunu ortaya çıxarmaq üçün həyatının kişisini gözləyəcəkdir. Boş yerə israf etməz yaradıcılığını, sadəcə kişisi üçün saxlayar bunu. Bir qadının sözün mümkün ola biləcək əsl mənasında Kişisi olmağa bacarmısınızsa çox təssüf... Çünki, həyatınız hər zaman sadə, sabit, cansıxıcı olacaqdır.


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri