Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

sebr ruhun meleykesidir

  1. #1
    Member
    Üyelik tarihi
    Sep 2009
    Mesajlar
    92

    sebr ruhun meleykesidir

    Səbr ruhun məlakəsidir, gözəl bir xasiyyətdir. Dözülməsi çətin və nəfsə ağır gələn şeylərə qatlaşmaq ancaq səbr ilə olur. Hər cür biabırçılığn səbəbi səbrsizlik və ya gərəkdiyi qədər səbr götərməməkdir.

    Sevgili Peyğəbərimiz (s.ə.s.) yaxın dostu Hz. Əbubəkr ilə oturmuşdular. Mədinənin isti günlərindən idi. Biraz sonra içəri bir adam girdi. Ətrafına baxdıqdan sonra Hz. Əbubəkrin yanına oturdu. Və həmin dəqiqə Hz. Əbubəkirə çirkin sözlər deyib, təhqir etməyə başladı.

    Hz. Əbubəkir səbrlə dinləyirdi. Hadisəyə şahid olan Hz.Peyрəmbər (s.ə.s.) bu hörmətsiz insanın həddi aşan çirkin sözlərindən narahat olsa da bir müddət susdu. Hörmətsiz insan kimin hüzurunda olduğunu bilmirmiş kimi davam edirdi.

    Bu insanın çirkin sözlərindən narahat olmağa başlayan Hz. Əbubəkr dayana bilməyib həddi aşmadan, bu insana cavab verməyə başladı. Hz. Peyрəmbərin hüzurunda olan Hz. Əbubəkr biraz daha sussa Hz. Peyрəmbərin narahat olacağını düşünərək cavab vermişdi. Hz. Əbubəkrin cavab verməyə başladığı an Peyрəmbərimiz (s. ə. s.) ayağa qalxıb, oranı tərk edir. Hz. Peyрəmbərin uzaqlaşdığını görən Hz. Əbubəkr təlaş içində Peyğəmbərimiz (s.ə.s.)-in dalıyca qaçır, digər tərəfdən də həyəcan və qorxu içində deyir:

    -Ey Allahın elçisi, sizi narahat edəcək bir şey elədim? Yalnış bir şey eləmişəmsə Allaha məni bağışlaması üçün yalvararam.

    Hz. Peyрəmbər çox sevdiyi dostuna belə buyurdu:

    -Əbubəkr! O adam sənə küfür edib, sataşmağa başlayanda sən səbr etdin, susdun. O anda Yücə Allahın yolladığı bir mələk sənin adına o adama cavab verir, sənə dua edirdi. Sən susduqca mələk səni qoruyurdu. Elə ki, sən də cavab verməyə başladın, o anda mələk oranı tərk etdi və ora şeytan girdi. Mən şeytanın olduğu mühitdə durmaram. Mənim oranı tərk etmə səbəbim bu idi.

    Qeyd: İnsana sıxıntı verən şeylərə qarşı səbr etməkdə xeyir vardır.
    Baştan yaşama şansım olsaydı eğer; kusursuz olmaya çalışmaz rahat bırakırdım yüreğimi korkmazdım çok riske girip sana aşık olmaktan..

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: sebr ruhun meleykesidir

    sebirli olmaq mutleqdi ,cunki ,gec ve ya tez haqq edalet oz yerini alacaq .

  3. #3
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: sebr ruhun meleykesidir

    Allah razi olsun Bele gozel movzu ucun !
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.