Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Sonunda səndə məni tərk etdin.

  1. #1
    Member
    Üyelik tarihi
    Sep 2009
    Yer
    Azərbaycan
    Mesajlar
    85

    Sonunda səndə məni tərk etdin.



    Sonunda səndə məni tərk etdin. Hər kəsin etdiyini səndə etdin.
    Mənim o qədər arzularım ola-ola, Heç dönüb arxava baxmadan məni tərk etdin.
    Hər xəyalımı, bir çiçək kimi, bir-bir əkmişdim ürəyimə.
    Bu ayrılığın küləyi o qədər güclü idi ki, Ümidlərlə əkdiyim o çiçəkləri vurub uçurtdu.
    Bütün arzularımı məndən alıb gedirsən.
    Heç olmasa onlara toxunmazdın.
    Hanı mənə verdiyin sözlər?
    Gedərkən onlarıda özünlə birgə apardın...
    Eyni sözləri, eyni cümlələri, yeni sevgililərivə vermək üçün, onlarıda özünlə apardın...
    Bu izzis gecədə məni tək başıma buraxıb getdin...
    Bu qədərmiydi sənin o böyük dsevgin?
    Hələdə məni tərk edib getməyivə inanmıram. O qədər öyrəşmişdim ki, sənə. Varlığına bu qədər alışmışkən…
    Məni necə tərk edib gedirsən?
    Səni heç cür başa düşə bilmirəm…
    Bunu mənə necə edə bildin? Bəs deyirdinki sənin üzülməyivə heç vaxt dözə bilmərəm?




    İndi sənə görə üzülürəm…
    Artıq dayana bilmirəm…
    Axı mən sənə nə etdim?
    Səni sevməkdən başqa nə etdim ki?
    Danış susma, nə etdim?
    Hanı bəs deyirdin önümüzdə böyük bir həyat yolu vardı, hələ bir yerdə yaşıyacaq çox şeylərimiz vardı, bəs hanı bu sözlərin ?
    Unutdunmu ? Bəs o söylədiklərin nə oldu ?
    Məni heç bir su damcısı qədər də sevmədinmi ?
    Demək ki hər sözün böyük bir yalandan ibarətmiş, sevgində aldığın nəfəsdə yalan idi!

    Və sonunda səndə gedirsən, mənə heç bir xatirə buraxmadan, hər şeyi alıb özünlə aparırsan…
    Bir dənə yalnızlığımı mənimlə qoydun.
    Gəldiyin kimi, gedirsən indi.
    Məni necə tapmışdınsa, yenə elədə buraxıb gedirsən.
    Hal bu ki, sən bilmədinki, səninlə özümü, yəni bir həyat yolumu qurmuşdum.
    Hər şeyə yenidən səninlə başlamışdım . Çox xoşbəxt idim…

    Amma indi, yenə də yalnızam…
    Elə əslində ən çox üzüldüyümdə budur, Sənin çıxıb getməyivə görə deyil.
    Çünki,
    bilirsənmi
    MƏN SƏNİ DEYİL, SƏN MƏNİ İTİRDİN…... ...


    TAMAMİLƏ ÖZÜMƏ AİDDİR!!!
    Good Bye My Lover Good Bye My Friend

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.