1 sonuçtan 1 ile 1 arası
-
09-02-2018, 12:53 PM #1Member
- Üyelik tarihi
- Sep 2018
- Mesajlar
- 94
Şimal Buzlu Okeanının insanlara verdiyi mükəmməl dərs
Sivilizasiyaya qovuşduqdan bu yana insan oğlu təbiəti çirkləndirməyə davam edir. Nə qədər pis, faciəvi hadisələr yaşasa da, bir müddət sonra hər şeyi unudub yenidən bu zərərli vərdişi təkrarlayır.
Lakin təbiət heç vaxt bu pisliyə cavabsız qalmır. Əksinə, öz mükəmməl quruluşu və xüsusiyyətləri ilə özünü yeniləyir və beləcə, insan oğlunu utandırır.
Bizi utandıran təbiət hadisəsindən biri də Rusiyada baş verib.
Vladivosk şəhərinin yaxınlığında yerləşən Ussuri sahili Sovetlər Birliyi dövründə boş içki şüşələrinin atıldığı zibillik idi.
Şimal Buzlu Okeanının dalğaları sahilə atılan şüşələri yuyub təmizləyib və illərlə öz sularında həmin şüşələri əridərək çınqıllara çevirib. Okeanın bu möhtəşəm məhsulu nəticəsində bölgə dünyanın ən heyrətamiz yerlərindən biri olub.
Uzun illər tək bir adamın belə ayaq basmadığı bu sahil bir müddət sonra turistlərin ən sıx səyahət etdiyi bölgəyə çevrilib.
Əvvəllər qırıq şüşələrə görə təhlükəli və zibillik sahəsi kimi bilinən bu yer hazırda qoruq kimi mühafizə edilir və müəyyən bir məbləğ qarşılığında ziyarətçilərə qapılarını açır.
Göyqurşağı təəssüratı ilə izləyəni sehrə salan bu "şüşə sahil” həm yerli, həm də xarici turistlərin axınına uğrayır.
Planetimiz bu gözəlliklərlə birgə bizə, bəlkə də, dərs çıxaracağımız bir mesaj verir: yaşayacağımız tək bir yuvamız var, bu yuvanı qorumaq, ona sahib çıxmaq və gözəlləşdirmək də bizim vəzifəmizdir. Və bütün pisliklərin qarşılığında yaxşılıq etmək dünyanı daha çox gözəlləşdirir…/publika




Burdayam...
Benzer Konular
-
Falkaodan mükəmməl penalti zərbəsi
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 11-14-2013, 11:50 AM -
Forlandan mükəmməl qol
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 07-09-2013, 09:34 AM -
Şimal qütbündə son 600 ilin istisi
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 04-11-2013, 12:40 PM -
Burada mükəmməl imkanlar var
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 03-09-2013, 09:14 AM -
Buzlu kofe insanı kökəldir
By zeynalov_ in forum ÇayxanaCevaplar: 0Son Mesaj: 12-17-2009, 11:37 PM


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri