BÜTÜN MÜSLÜMAN XALGININ RAMAZANI MÜBAREK OLSUN!BİZLERDE İÇİNDE!
3 sonuçtan 1 ile 3 arası
-
08-20-2009, 02:25 PM #1
Ramazanımız mübarək olsun!
Ramazan ayı və oruc
Nəhayət ki, müsəlmanlar üçün bağışlanma və oddan xilas olma, şeytan və şeytanxislətli insanlar üçün işgəncə, münafiqlər üçün isə ağır sınaq ayı – on bir ayın sultanı Ramazan gəldi. Keçən Ramazan ayından bura qədər etdiyimiz bütün günahlar üçün bir daha bağışlanma şansını bizlərə nəsib eyləyən Allaha həmd olsun.
Oruc ayı olan Ramazan, bərəkətli bir həyatın yaşandığı mübarək bir mükafat ayıdır. Əldə etdiyimiz saysız-hesabsız nemətlərin xatırlandığı bu ayın ən birinci ibadəti, bütün ümmətlərə fərz qılınmış oruc ibadətidir. Necə ki, orucu əmr edən ayə də bu sözlərlə başlayır: «Ey iman gətirənlər, oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi» (Bəqərə 183). Ruhun qidası olan oruc, tibbi cəhətdən də çox önəmlidir və müasir tibb mütəxəssisləri də orucun insan bədəninə gətirdiyi mənfəətin danılmaz fakt olduğunu ortaya qoymuşlar. Hz. Peyğəmbər də bir hədisində orucun bu yönünə işıq tutaraq «Oruc tutunuz ki, sağlam olasınız» deyə buyurmuşdur. Amma onu yaddan çıxarmamalıyıq ki, biz orucu əldə edəcəyimiz hansısa mənfəətə və ya gəlirə görə deyil, sadəcə Allah rizası üçün tutmalıyıq. Oruc bir ibadət olduğundan, sırf o qayə üçün icra olunmalıdır. Onun faydaları qayə halına gətirilərsə, oruc ibadət olmaqdan çıxar. Yəni orucu, mədəmizi dincəltmək, arıqlamaq və s. üçün deyil, sırf Allah əmr etdiyi üçün tutmalıyıq.
Oruc özümüzü qida və cinsi əlaqədən məhrum etməklə bitmir. Necə ki, Hz. Peyğəmbər də bir hədisində belə buyurmuşdur: «Elə oruc tutanlar var ki, özlərinə bu orucdan quru bir aclıqdan başqa heç nə qalmaz. Gecələri elə namaz qılanlar olur ki, namazlarından özlərinə qalan yalnız yuxusuzluqdur» (Təbərani). Görəsən Hz. Peyğəmbər bu hədisində nə demək istəyir və hədisdəki insanlardan olmamaq üçün nə etmək lazımdır? İslam alimləri ittifaqla bildirməşlirdir ki, bunun üçün oruc tutan şəxs təkcə ağzından içəri keçənə yox, həm də ağzından çıxana nəzarət etməlidir. Məsələn, böyük günahlardan olan qeybət və yalan orucu pozmasa da, onun savabını silib aparır və insana hədisdə də göstərildiyi kimi, quru aclıq qalır. Oruclu insan bundan başqa haram işlər görməməli,, haram yerə getməməli, haram şeyə baxmamalı, haram sözə qulaq asmamalıdır. Oruclu insanın qəlbi və dili həmahəng olaraq daima Allahı zikr etməlidir ki, Ramazan ayının zövqünü dadaraq bərəkətinə nail olsun. Məhz belə bir oruc insanın günahlarını yuyaraq yenidən doğulmuş kimi məsum edər. Bunun üzərinə axirətdəki mükafatı da əlavə etsək, bu ayın müsəlmanlar üçün necə böyük bir səadət ayı olduğunu dərk etmiş olarıq. Belə ki, Hz. Peyğəmbər də bir hədisində belə buyurmuşdur: «Oruc tutan üçün iki sevinc vardır. Bir iftar etdiyi zaman sevinir, bir də Rəbbinə qovuşanda tutduğu oruc səbəbilə nail olduğu yüksək dərəcə üçün sevinir» (Buxari). Başqa bir qüdsi hədisdə isə Allah Təala belə buyurur: «Adəm oğlunun hər əməl və hərəkəti özü üçündür. Yalnız oruc belə deyil. O, mənim üçündür və onun mükafatını da mən bol verəcəyəm».♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
♥----==-♥°° ♥°°♥montin♥°°♥°°♥suzi333♥°° ♥°°-===----♥
♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥
-
08-20-2009, 02:28 PM #2Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Re: Ramazanımız mübarək olsun!

-
08-20-2009, 02:29 PM #3
Re: Ramazanımız mübarək olsun!
amin
suzi333 Nickli Üyeden Alıntı
♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
♥----==-♥°° ♥°°♥montin♥°°♥°°♥suzi333♥°° ♥°°-===----♥
♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri