1 sonuçtan 1 ile 1 arası
-
07-25-2009, 11:51 AM #1Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 701
Qara Divar
Eyni ürək xəstəliyi ilə eyni qisməti yaşayan 2 yaşlı insan xəstəxana eyni otaqda bölürdülər.Tək bir fərq birinin çarpayısı pəncərənin yanında, digərinin çarpayısı isə divarın yanında olmağı idi.Buna görədə pəncərə kənarında yatan yaşlı hər gün pəncərədən baxaraq çöldə baş verənləri dostuna danışardı:
--"Bu gün dəniz sakitdir, uzaqdakı qayığın yelkənlərindən yenə də həzin küləyin əsdiyi hiss olunur.Park bu səhər sakitdi, iki yelləncəkdə uşaq yellənir ,ikisi isə boşdu.Dünənki sevgililər yenə gəldilər,eyni yerdə oturub söhbət etməyə başladılar,necədə bir birlərinə yaraşırlar.Ağaclar necədə gözəl çiçək açıb ,hər tərəf gözəl görsənir,ərik ağaclarının ağ çiçəkləridə bu gözəlliyi tamamlayır,Qağayılarda dənizin üzərində uçurlar , arabir suya baş vurub yem axtarırlar"
Günlər beləcə keçib gedirdi ta ki, pəncərə kənarında yatan yaşlının vəziyyəti ağırlaşdı.Bu zaman dostu zəngə basaraq tibb bacısını çağırmalı və onu xilas etməli idi.Lakin şeytan onu yoldan çıxardı axı bu vaxta qədər eşitdiklərini o çarpayıda uzanıb indi özü görə bilərd.Zəngi çalmadı və tibb bacısı köməyə gəlmədiyi üçün yaşlı dostu vəfat etdi..
O eyni taleyi bölüşdüyü insanı ölümə göndərdi,ancaq özünü haqlı hesab edirdi. Ertəsi gün onu pəncərə kənarındakı çarpayıya köçürdülər.Nəhayətki o günlərlə eşitdiyi,həsrətində olduğu mənzərəni görəcəkdi. Başını qaldırdı və pəcərədən baxdı "QARA DİVAR"
[


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri