Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

heyat

  1. #1
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    heyat

    Həyat

    Bir həyatın hekayəsinə dözə bilməyəcək qədər uzun!
    Bir təbəssümə, bir tərpənişə,bir toxunuşa vaxt ayıra bilməyəcək qədər qısa!


    Həyat

    Həqiqətləri kürəyinə alıb daşıya bilməyəcək qədər ağır.
    Bir quşun qanadına qonub ona belə hiss etdirmədən uça biləcək qədər yüngül!


    Həyat

    Hər anını dibinə qədər yaşamağa çalışmaq üçün tənginəfəs qaçmağı gözə almaq qədər dolu!
    Bütün yaşadıqlarının yalnız bir xəyal olduqlarını hiss etdirəcək qədər boş!


    Həyat

    Böyük bir ömürdə "bir tək gün daha necə keçəcək, bu saatlar necə bitəcək. "Deyə şikayət edə biləcək, qədər müəmma!
    Göz açıb bağlayana qədər keçən müddətdə nəhayətə çata biləcək qədər də sadə!


    Həyat

    Özünü meydana gətirən hər cadunu, hər cazibəni, hər rəngi, ürəkləri əsdirəcək qədər parlaq və gözəl!
    Gözlərimizi ağrılarla, hüznlərlə, ayrılıqlarla, ölümlərlə görüşdürdüyümüzdə, yalnız iki rəng boz və qara!


    Həyat

    Hər anını rəsmlərə, yazılara, şeirlərə, göstərilərə töküb sərgiləyəcək qədər sənət!
    Tək bir oyanışda, vəzifənin tək bir oyundan ibarət tək bir rol olduğunu fərq edə biləcəyin qədərdə sonsuz və monoton!


    Həyat

    Sənin tək bir "bəli" inlə başqalarına bölüşdürüb verə biləcəyin,nefes alıb verişlərinlə "paylaşdıra biləcəyin" qədər heyrət və comərd!
    Tək bir "xeyr" ınla hər şeyi məhv edə biləcəyin, yox edə biləcəyin qədər xəsis və yersiz!


    Həyat

    Həqiqi həyatlarına dözə biləcək gücü tapıb,görüşdürüb, dahada böyüyünü meydana gətirə biləcək qədər heybətli və çətin!
    Hər şeydən imtina edib "həyata vidalaşmağı istəyəcək" qədər də gücsüz və zəif!


    Həyat

    Sevməyi biləcək bilmirsə öyrənəcək, dadacaq ,tapacaq, paylaşacaq. ...ve belə sevgilərlə, bütün sevgiləri çoxalda biləcək qədər mənalı......
    Nifrəti seçib, sıçratmaq sıçratdıqca da o pisliyə batmaq qədər mənasız....

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.