Əsas məzmuna keç
6 sonuçtan 1 ile 6 arası

Xəlil Rza Ulutürk Azərbaycanin fədakar şairi.

  1. #1
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Xəlil Rza Ulutürk Azərbaycanin fədakar şairi.



    Xəlil Rza Ulutürk 1932-ci il oktyabr ayının 21-də Azərbaycanda Salyan rayonunun Pirəbbə kəndində Rza kişinin ailəsində ilk körpə dünyaya göz açdı. Gəlişi ilə ailəyə sevinc bəxş edən uşağa babası Xəlil öz adını verdi. Körpə qayğı və nəvazişlə böyüdü. Onu yeddi yaşından məktəbə göndərdilər.

    İki saylı Salyan şəhər orta məktəbində təhsil aldığı ilk illərdən Xəlil öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərin rəğbətini qazandı. O, Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü idi. 1939-1949-cu illərin məktəb həyatı Xəlilin bədii ədəbiyyat aləminə, necə deyərlər, poeziyanın əzablı, romantik yaradıcıhq meydanına çıxması üçün hazırhq dövrü oldu. Onun şifahi xalq ədəbiyyatını, klassik ve müasir yazıçıların əsərlərini mütaliə etməsi, istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyatmışdı. Xəlil onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışırdı. Onun ilk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunmuşdur.

    1949-cu ildə Xəlilin Azərbaycan Dövlət Uiversitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açdı: universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən "Gənclər günü" məşğələlərində fəal iştirak etməsi Xəlil Rzanın şair kimi püxtələşməsinə ciddi təsir göstərdi.

    1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlamışdır. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şerlər toplusu - "Bahar gəlir" (1957) kitabı da nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi. Xəlil Rza Institutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalq-larının mədəni irsi ilə yaxından tanış olmuşdur. Moskvada təhsil illərində görkəmli rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdır.

    1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. O, 1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə etmiş, fılologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Onu institutda müəllim kimi saxlamışlar. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmamış, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açmışdır.

    Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi. Harada olursa-olsun doğma dilində təmiz damşmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edər, "danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı". Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin safhğını qorumağa cəlb etməyə, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı. Əlbəttə, bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınımr, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. "Bilik" cəmiyyəti yolu ilə Azərbaycan rayonlarına göndərilməsi qadağan olunur. Şair Sabir Rüstəmxanlı yazır:

    "Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şerlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər" (Bax: X.Rza. "Ömür kitabı"nı yazan şairə. Bakı, 1998, səh. 5.).

    Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnsti-tutundan uzaqlaşdırır. Onu Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada Xəlil Rza bütün qüvvəsini elmi-tədqiqat işinə və bədii yaradıcılığa həsr edir. Azərbaycan-Özbək ədəbi əlaqələri, Maqsud Şeyxzadənin həyat və yaradıcılığı haqqında monoqrafık əsərlər üzərində çalışır. Buna baxmayaraq, Xəlil Rza yenə də "şübhəli şəxs" kimi təqib olunur, onun imkanlarını məhdudlaşdırır, "təhlükəli ictimai müba-rizə" yolundan çəkindirməyə çalışırlar.
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Xəlil Rza Ulutürk Azərbaycanin fədakar şairi.

    Biz Türküstan elləriyik,
    Qeyrət, qüdrət selləriyik.
    Daşnakları qovan bizik,
    Dar gözləri ovan bizik.
    Yetər meydan suladılar,
    Yurdumuzu taladılar.
    Bakımızı əzizləyək.
    Əqrəblərdən təmizləyək!
    Şölə versin bu ləl, mərcan -
    Ermənisiz Azərbaycan!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #3
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Xəlil Rza Ulutürk Azərbaycanin fədakar şairi.

    Xəlil Rza – bir ağ saçlı bahadır,
    Elbrusdan,Savalandan ucadır.
    Hər misrası bir qızıl gül,qonçadır.
    Başı qarlı,özü bahar laləzar.
    Azad edin,hür yaşasın sənətkar.

    Arxasında aşıb – daşır milyonlar,
    Neylər ona əyləncələr,oyunlar?
    Ey tüfəngli,avtomatlı qoyunlar,
    Kameranın gözü kordur,özü kar.
    Azad edin,qələm çalsın sənətkar.

    Od nəfəsi barmaqlığı yandırır.
    Müdrik sözü qanmayanı qandırır.
    Şair hansı təlatümdən yan durur.
    Qoşun ona alagözlü bir nigar.
    Azad edin,eşq əhlidir sənətkar.

    Gedin,öpün ayağından,əlindən.
    Üzr istəyin obasından,elindən.
    İldırımdır,düşüb göyün qəlbindən.
    Hər sətrində Misri qılınc hökmü var,
    Azad edin,yerdi,göydü sənətkar.

    Azərbaycan – planetin gözüdür.
    Bağrı - atəş,daşı – gövhər,özü – dür.
    Xəlil Rza – insanlığa sözüdür.
    Anlayırmı əqli naqis,gözü dar:
    Zindanlara sığa bilməz sənətkar.

    Aleksandr Yakov oğlu köçəri,
    Əziz ŞairŞsalma dərdi içəri.
    Bu darğalar nökərindi,nökərin.
    Ya əfv elə,ya da itib batsınlar.
    Biz qulunuq,sənətkardı hökmdar.

    Çiçək səpək yolağına,yoluna.
    Şux gözəllər gəlib girsin qoluna.
    Çələng verək ərzin cəsur oğluna,
    Fələk yalnız ucaldanı ucaldar.
    Yerin,göyün baş tacıdır sənətkar.

    Xəlil Rza – Azadlığa bayraqdar,
    Məhbəsləri söküb tökən əzmi var.
    Buraxmasa qul ürəkli ağalar,
    Sök zindanı,ey laləzar,ey bahar!

    Moskva,Lefortovo zindanı,
    28 fevral,1990
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Xəlil Rza Ulutürk Azərbaycanin fədakar şairi.

    En sevdiyim şairdi.Eyer onun yaşamasi menden asili olsaydı düşünmeden heyatınmı vererdim.Hayif. Allah rehmet elesin
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  5. #5
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Xəlil Rza Ulutürk Azərbaycanin fədakar şairi.

    ÖMRÜM

    Menim gözlerimde qem görmek olar
    Menim gözlerimi nem görmek olar
    Ancaq peşmanlıqdan bir kölge, bir iz
    Heç vaxt gözlerimde görmeyeceksiz.

    Gözel yaşamışam men öz ömrümü,
    Onu zerger kimi naxışlamışam.
    Gül, çiçek kimi yox, duz, çörek kimi
    Muhtaç olanlara bağışlamışam.

    Defterim, kalemim döyüş bayrağı
    Masamın ardında senger qurmuşam
    Çirmeyip qolumu bağban sayağı
    Ömrümü yüz ömre çalaq vurmuşam

    Dünya od tutardı, bulaq ömrümü
    Ona damcı damcı içirmeseydim.
    Sönerdi kehkeşan, çıraq ömrümü
    Onun gözlerine köçürmeseydim

    Gözel yaşamışam bahar ömrümü,
    Demişem: Sıxılma, qısılma, şıqı!
    Üzen donanmalar yelken isteyir,
    Döyüşen kişiler ruh azaldığı.

    Ocaq ol, ateş ol boranda, qarda.
    Od gören qördların gözleri sönsün.
    Birce çınqı boyda işaranlar da
    Senin nefesinle ateşe dönsün.

    Menim qaynar ömrüm, sal qayalardan
    Denize can atan daş şelalesi,
    Şerin ortasından demir paz qoyan
    Oduncu baltası, kişi quvvesi,

    Gözlerim dünyanı min defa öpmüş,
    Çetinlik çekecek azrail yeqin.
    Gençlik toxumunu her yana sepmiş
    Palıd ağacını mehv etmek çetin.


    Xelil Rza UluTÜRK
    Allah rehmet elesin.sevdiyim shairlerden biri."davam edir 37"seirini cox sevirem.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  6. #6
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: Xəlil Rza Ulutürk Azərbaycanin fədakar şairi.

    VATAN SEVER
    Azadlığı istemirem zerre zerre, qram qram
    Qolumdaki zencirleri qıram gerek
    Qıram! Qıram!
    Azadlığı istemirem bir hap kimi, derman kimi
    İsteyirem sema kimi!
    Güneş kimi!
    Cihan kimi!
    Çekil!
    Çekil, ey qesbkâr!
    Men bu esrin gür sesiyem!
    Gerek deyil sısqa bulaq.
    Men ümmanlar teşnesiyem!

    Xelil Rza UluTÜRK

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.