Gozel hekaye idi Allah razi olsun!
5 sonuçtan 1 ile 5 arası
-
07-03-2009, 07:17 PM #1
İbrətamiz hekayə
Keçmişdə bir qaniçən, istilaçı hökmdar vardı. Işi-peşəsi müharibə eləmək, ölkələri viran qoymaq, çapıb-talayıb qənimət yığmaq, xəzinəsini qızıl-gümüşlə doldurmaq idi. Bu xəzinənin qəribə bir sirri vardı. Qapısı ancaq çöldən açılırdı. Açarın biri hökmdarda, o birisi isə xəzinədə idi. Qapı gərək ehtiyatla açılaydı. Örtüldüsə onu içəridən açmaq mümkün deyildi. Padşah bir gün yenə böyük qənimətlə səfərdən qayıtmışdı. Xəzinədəki daş-qaşa, qızıl-gümüşə, zəngin sərvətə tamaşa eləmək üçün xəzinəyə yollandı. Sirli qapı hökmdarı məşğul eləməyə başladı: “Görəsən nə səbəbə qapı örtülür, ama açılmır?”. Bu fikir içində padşah xəzinənin qapısını açanda ehtiyatsız tərpəndi. Qapı örtüldü. Heç kəsin xəbəri olmadan o içəridə qaldı.
Bir gün, iki gün, üç gün keçdi. Padşah aclığa tab gətirə bilmirdi. Gördü ki, burda qalıb öləcək. Oğluna belə bir məktub yazdı:
“Oğul, ALLAH anlayandır. Taleyim elə gətirdi ki, ölkələr fəth eləyən atan xəzinədə acından öldü. Bu qədər qızıl, daş-qaş bircə həftə məni yaşada bilmədi. Bir xəzinə bir çörəyi əvəz edə bilmədi. Indi başa düşdüm ki, bundan ötrü bu qədər qan tökməyə dəyməzmiş. Ölkəni sülhlə idarə elə. Daş-qaş, qızıldan, var-dövlətdən ötrü müharibə eləmə, qan tökmə. Xəzinəni boş saxla. Təki anbarların taxılla, təknələrin çörəklə dolu olsun. Qızıl insanı yaşada bilməz, çörək yaşadar. Qızıl yeyilməz, Çörək yeyilər!!! “
-
07-03-2009, 07:26 PM #2Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Re: İbrətamiz hekayə
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-07-2009, 06:07 PM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: İbrətamiz hekayə
Cox gozel ibretamiz hekaye idi ALLAH razi olsun
-
07-07-2009, 06:14 PM #4Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Re: İbrətamiz hekayə
Çok güzel hikaye,tşk

-
07-07-2009, 07:10 PM #5Junior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 17
Re: İbrətamiz hekayə
Cox sag ol.ALLAH razi olsun.


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri