Raziyam ve ustelik semimiyyet hem de İmandan gelir. Teshekkur!
9 sonuçtan 1 ile 9 arası
-
07-02-2009, 11:32 AM #1Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Səmimiyyət....
Səmimiyyət-həyatın ən mühüm dəyəri. Səmimi insan yalnız inanan insan ola bilər.
Nə səbəbə?
Yalnız səmimi insan-öz qazandıqlarına əsasən mükafat gözləməyən, qorxu hissi olmayan insandır. O, qəlbdən olaraq Allaha inanır, yaxşı həyata ümid edir, o bilir ki, bu həyatda nə qədər pisliklərlə və çətinliklərlə üzləşsə də bu yalnız onun yaxşılığı üçün olmuş olur. Buna görə səmimiyyəti- ürəyin dərinliyindən gələn əsas qabiliyyət kimi qələmə verirlər.
Səmimiyyət özündə: İnam, Ümid və Sevgini daşımış olur.
Əgər insan qarşı tərəfdən və ətrafdakılardan nəsə mükafatlandırma gözləyirsə bu onu qeyri-səmimi etmiş olur. Səmimi olaraq sevmir, səmimi olaraq ünsiyyət qurmur və səmimi olaraq düşünmür.... Səmimiyyət-ilk öncə daxili ruhun əsas vəziyyətidir.
Lakin hər zaman ətrafdakılarla səmimi olmaq gərəklidirmi? Həddən artıq səmimi olmaq insana nə qazandıra bilər?
Bəzən yeni insanlarla tanışlıqda, yeni aurada, yeni ünsiyyətdə, ilk tanışlıqda artıq insan öz səmimiyyətini büruzə verir. Lakin bu ona heç nə qazandırmir, əksinə həmin insanın səmimiliyindən yeni tanışlıqlar sui-istifadə etmiş olur. Səmimi insanlar tez inanan və tez ümid edən insanlar kimi qələmə verilirlər. Onların ətrafdakı insanlara zamanından tez inanmaqları həmin insanları hətta uçuruma belə aparmış olur.. Bu keyfiyyət nə qədər təmizlik-saflıq keyfiyyəti kimi qələmə verilsə də insanların həddən artıq səmimi olması onlara yalnız ziyan gətirmiş olur. Lakin bu keyfiyyəti onlar dəyişə bilərlərmi? Bu qüvvəyə, bu gücə sahibdirlərmi?
Onlar daim ümid etdiyindən ümidləri də tez qırılmış olur... Məhz bu səbəbdən statistika göstərirki həddən artıq səmimilik yalnız insan əziyyətinə və ziyanına səbəb olur.
Lakin unutmaq lazım deyil ki “Səmimiyyət”- insan ruhunun təmizliyidir, paklığıdır, onun toxumu ən təmizlərini, ən aydınlarını yığmışdır. İnsan həyatda öz yolunu keçmiş olur, ətrafına: hörmət, işıq keyfiyyətlərini saçmaqla..İnsanları, Allahı, ən yaxşıları, səmimi qəlbdən sevməklə, o sadəcə ürəyin ona pıçıldadığı sözlərlə yaşamış olur və bu cür həyat tərzi sürür.
“ Səmimiyyət” –sizə görə bu keyfiyyətin anlamı nə deməkdir?
Həddən artıq səmimi olmaq insanı uçuruma apara bilər?
Sizə görə səmimi insanlar daha çox qazanan yoxsa itirən insanlar olurlar?
-
07-02-2009, 01:01 PM #2Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Re: Səmimiyyət....
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-02-2009, 01:59 PM #3Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Səmimiyyət....
HER ŞEYDEN EVVEL COX SEMİMİ İNSANA COXDA İNANMİRLAR.MÜTLƏQ YALAN AXTARİRLAR ONDA.
suzi333 Nickli Üyeden Alıntı
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
07-02-2009, 04:35 PM #4Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Re: Səmimiyyət....
SEN ELE İNSANLARI BOŞ VER,ALLAH GÖRÜR,ALLAH BİLİR!ÖNEMLİ OLAN SA O!
Damla1 Nickli Üyeden Alıntı

-
07-02-2009, 04:40 PM #5Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Səmimiyyət....
Ama adam üzülürde
suzi333 Nickli Üyeden Alıntı
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
07-07-2009, 11:37 PM #6Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Səmimiyyət....
Indiki dovrde ne semimiyyet , ne de semimi insanlar yoxdur . Semimi insanlara ise deli kimi baxirlar .
-
07-08-2009, 09:06 AM #7Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Səmimiyyət....
Senin birinci cümlenle razı deyilem
Xeyallarim Nickli Üyeden Alıntı
Ama ikincisi cox doğru .
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
07-08-2009, 11:48 AM #8Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Səmimiyyət....
Yox bir azda derdinden fikirlessen onda bilersen ki , birinci cumlemde cox dogrudur
Damla1 Nickli Üyeden Alıntı
-
07-09-2009, 01:31 AM #9
Re: Səmimiyyət....
raziyam seninle.
Damla1 Nickli Üyeden Alıntı


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri