Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Sirli şəhər filmi

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Sirli şəhər filmi

    Bakı həmişə dünyanın müxtəlif yerlərində olan ölkələrin mədəniyyətlərini bir yerdə məskunlaşdıran bir şəhərdir. Burada Şərq arxitekturasının incə nümunələrindən olan Qız qalası, Şirvanşahlar kompleksi, biri-birindən gözəl olan məsçidlərlə bərabər Qərbi Avropanın müxtəlif mədəniyyət dövrlərində cərəyan edən arxitektur tikililərin, qədim me`marlıq abidələrinin də özünəməxsus yeri var. Film Bakı şəhərinin küçələrində yerləşən, Avropa mədəniyyətinə aid olan qədim abidələrdən, yüzilliklərlə tarixə malik olan arxitektur binaların üzərində qurulmuş simvollar və naxışlardan bəhs edir. Filmi seyr edərkən tamaşaçı sanki Fransanın, Italiyanın, Avstriyanın qədim şəhərlərinə səyahətə yollanır. Filmin süjet xətti 4 hissədən ibarətdir. 1-ci hissədə Qərbi Avropanın renesans dövrünə aid olan, 2-ci hissədə intibah dövrünə aid olan, 3-cü hissədə klassisizm dövrünə aid olan, abidələr və simvollar lentə alınıb. Filmin sonuncu hissəsi Bakının müasir küçələrini və tikintilərini əks etdirir.

    Ssenari müəllifi və rejissoru: Nazim Salam oğlu
    Operator: Vahid Babayev
    Musiqi tərtibatçısı: Mobil Babayev
    Videomühəndislər: İlham İsayev, Rauf Sultanov

    Film 1995-ci ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.