İyrənc
5 sonuçtan 1 ile 5 arası
-
01-27-2009, 07:12 PM #1
Coca Cola tərkibində soxulcan turşusu var
Xəbər verdiyimiz kimi, Türkiyədə “Coca-Cola” içkisi ilə bağlı səs-küylü məhkəmə prosesi olub. Prosesin nəticəsi o qədər də ürəkaçan deyil. Xatırladaq ki, Müqəddəs Nikolay Fondu içkinin gizli komponentini açıqlamasını tələb edib. İçkinin tərkibində, etiketdə qeyd edilənlərdən başqa, daha bir komponentin olmasını firma özü də gizlətmirdi. Məhsulun etiketində şəkər, fosfat turşusu, kofein, karamel və karbonatdan başqa bu günə qədər naməlum olan bir maddənin də varlığı qeyd olunur.
“Coca-Cola” rəqib firmaların bu texnologiyanı oğurlaya biləcəyindən ehtiyatlanaraq 1886-cı ildən bəri onu sirr kimi saxlayırdı. Elə iddiaçı da gizli komponentin insan orqanizmi üçün zərərli ola biləcəyini əsas gətirərək, firmanı məhkəməyə verib. Məhkəmə iddianı qəbul edib və firma öz sirrini açmalı olub. Sirli maddə isə karmin və ya koşenil adlanan təbii boyaq maddəsi imiş. Mütəxəssislərin rəyinə görə, onu koşenil adlı soxulcanlardan alırlar. Qida sənayesində bu maddəyə karmin turşusu da deyirlər. Bundan başqa, iki il öncə Yəmənin Qida Sənayesi Nazirliyi bu içkinin tərkibində donuz piyindən alınan pepsin maddəsinin olduğunu üzə çıxarmışdı və bundan sonra həmin firmanın məhsullarının ölkə ərazisində satışına qadağa qoyuldu.
Soxulcandan alınan turşunun və donuz piyinin insan orqanizmi üçün nə qədər təhlükəli ola biləcəyini öyrənmək üçün kiçik bir araşdırma apardıq. Bu içkidən ən çox uşaqlar istifadə etdiyinə görə vəziyyət bir qədər də qəlizləşir. Ona görə də ilk olaraq Tibb Universiteti 1-ci uşaq xəstəlikləri kafedrasının assistenti və tədris hissə müdiri Sara Mansurovaya müraciət etdik. Sara xanım bu məlumatı eşidəndə təəccübünü gizlədə bilmədi. Pediatr bildirir ki, əgər boya maddəsini soxulcandan alıblarsa, bu, artıq təhlükəlidir: “Bu bir çox infeksion xəstəliklər törədə bilər. Bundan başqa, qaraciyərə toksiki təsir göstərər. Çox yaxşı olardı ki, adı çəkilən maddə laboratoriyada hərtərəfli təhlil edilsin. Bu təhlillərə qədər isə təhlükə riskinin çox olduğunu deyə bilərəm”.
Həkim eyni zamanda onu da bildirdi ki, adı çəkilən maddə gələcəkdə allergik xəstəliklərə səbəb ola, qaraciyərin, öd kisəsinin funksiyasını poza bilər. Eyni zamanda, böyrəklərin də işinin pozulması təhlükəsi var. Sara xanım “bunun immunitetə nə qədər təsir göstərəcəyini isə hələ bilmirik” söylədi.
Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, ümumiyyətlə, qəbul etdiyimiz içkilərin tərkibinin araşdırılması çox ciddi zərurətdir: “Nəzərə alaq ki, onların keyfiyyət parametrlərinə cavab verməsi, qablaşdırılması, saxlanılması ilə bağlı xeyli irad tutula biləcək məqamlar var. Bu məsələlər demək olar ki, vaxtaşırı gündəmə gətirilir. İçkinin tərkibi çox ciddi məsələdir. Türkiyə kimi bir ölkədə adı çəkilən içkinin tərkibinin nəzarətdə olmaması, açığı, bir qədər şübhəli görünür. Orada elə strukturlar var ki, onlar hələ Azərbaycanda mövcud deyil. Bu içkilərdə yüksək keyfiyyətin olmadığı əslində hamıya aydındır”.
Siz nə fikirləşirsiniz? Hələ də Coca Cola içirsiniz?
-
02-03-2009, 12:07 AM #2Junior Member
- Üyelik tarihi
- Jan 2009
- Mesajlar
- 25
Re: Coca Cola tərkibində soxulcan turşusu var
-
05-01-2009, 06:44 PM #3Junior Member
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2
Re: Coca Cola tərkibində soxulcan turşusu var
bu melumatlari coca colanin reqibleri yayirlar. gah deyirlerki cocacolanin rengini boceklerin qanadlarindan hazirlanmish kimyevi maddeynen duzeldirler, gah deyirler soxulcan turshusu... soxulcani yigmax, ondan turshu hazirlamax.. TESEVVUR EDIN KI BU NE QIYMETE BASHA GELER COCA COLA UCHUN... BUNLAR HAMISI YALAN MELUMATLARDI, coca colanin rengi de, asitilleri de (turshu) kimyevi maddelerden hazirlanir, amma ne soxulcan ne de bocek bu prossesde ishtirak elemir. kimyevi maddeden turshu hazirlamaq choox daha ucuzdu, neinki soxulcan yetishdirmek ve onnan turshu hazirlamaq.. niye coca cola soxulacan yetishdirsinki?? bu gulmeli melumatdari coca colanin satishini azaltmaq uchun yayirlar. duzudu coca cola ziyandi, hem qazina gore hemde ichindeki ximikatlara gore, ama ne soxulcan ne de bocek yoxdu onun ichinde
))
-
05-02-2009, 03:31 AM #4Member
- Üyelik tarihi
- Jul 2007
- Yer
- Türkiye
- Mesajlar
- 50
Re: Coca Cola tərkibində soxulcan turşusu var
Soxulcan turşusu da olsa güzel.
Okullar açıldı artık pek vakit bulamıyorum..
Ama fırsat buldukça yanınızda olmaya çalışacağım..
-
05-02-2009, 11:02 AM #5Senior Member
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 527
Re: Coca Cola tərkibində soxulcan turşusu var
Men umumiyyetle coco cola ickisini sevmirem . Qazli ickilerin hec birinden istifade etmeyi meslehet gormurem.Cunki zereleri coxdur.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri