Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Əmrə Bələzoğlu evlənib

  1. #1
    Member
    Üyelik tarihi
    Mar 2006
    Mesajlar
    66

    Əmrə Bələzoğlu evlənib

    Türkiyə millisinin futbolçusu evləndi

    Türkiyə milli komandasının və “Fənərbaxça” klubunun ulduz futbolçusu Əmrə Bələzoğlunun toy mərasimi keçirilib

    Türkiyə milli komandasının və “Fənərbaxça” klubunun ulduz futbolçusu Əmrə Bələzoğlunun toy mərasimi keçirilib. İstanbulda Svissoteldə keçirilən mərasimdə cütlüyün nikah şahdliəri Türkiyənin Baş Naziri Rəcəp Tayyip Ərdoğan, “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım, Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim və İ.B.Bələdiyyəspor klubunun prezidenti Göksəl Gümüşdağ olub.

    Əmrənin toy mərasimində, Dövlət Naziri Murad Başeskioğlu, İstanbul Valisi Muammer Güler, UEFA vitse-prezidenti Şenes Erzik, Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgener və “Fənərbaxça” klubunun baş məşqçisi Luis Aragones və bir çox futbolçular da iştirak edib. Mərasimə medya nümayəndələri buraxılmayıb.

    Ulduz futbolçunun toy mərasimində “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”da çıxış edən futbolçularla yanaşı, aralarında Hakan Şükürün də olduğu çox sayda veteran futbolçu da iştirak edib.
    “Qalatasaray”ın futbolçusu Sabri Sarıoğlu cütlüyü təbrik edərək, ömür boyu xoşbəxtlik arzulayıb. Əmrənin “Fənərbaxça”dakı komanda yoldaşları İlhan Parlaq və Səlcuq Şahinlə yanaşı, “Qalatasaray”da Əmrəylə bir vaxta oynamış komanda yoldaşları Hakan Ünsal, Arif Ərdəm də cütlüyə xoşbəxtliklər arzulayıb.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.