1 sonuçtan 1 ile 1 arası
-
12-25-2008, 06:25 PM #1
Rəqsanə banka borcunu ödəmir
Azərbaycan Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə kollegiyası “Azər-Türk Bank” ASC-nin müğənni Rəqsanə İsmayılovaya qarşı qaldırdığı iddiaya baxıb. Lent.az-ın məlumatına görə, məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 02.07.2008-ci il tarixli qətnaməsi qismən ləğv edərək, kassasiya şikayətinin təmin edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, Rəqsanə İsmayılova bankdan götürdüyü krediti vaxtında qaytara bilmədiyinə görə məhkəməyə verilib və nəticədə uduzub.
Məhkəmə qətnaməsində müğənni ilə yanaşı, bankdan kredit götürərkən ona zamin duran şəxslərin də adı cavabdeh qismində göstərilib. Bunlar Vəliyev Bəxtiyar Qafar oğlu, Vəliyeva Sürəyya Bayadı qızı, Vəliyeva Raminə Qafar qızı, İsmayılova Fatma Mehdi qızıdır.
Hakim Rəşadət Ağayevin sədrliyilə keçirilən məhkəmənin çıxardığı qərara əsasən, kredit müqaviləsi vaxtından əvvəl ləğv edilib. Qərarda həmçinin kredit borcunun alınması da qeyd olunub.
Beləliklə, kredit müqaviləsi ləğv olunan müğənni banka olan borcunu məcburi olaraq ödəməlidir.
“Azər-Türk Bank” ASC-dən Lent.az-a bildirilib ki, onlar hələ sözügedən məhkəmə qətnaməsini almayıblar. Bank sirri olduğu əsas gətirilərək “Azər-Türk Bank” ASC Rəqsanə İsmayılovanın hansı məbləğdə kredit götürdüyünü açıqlanmayıb.
Pərvin ABBASOVDünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.
Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri