Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

YUXU 2

  1. #1
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    YUXU 2

    Yuxularla və gündəlik həyatdakı hadisələrlə əlaqəli yozumlarda çox vaxt izah xətalarına yol verilir. Çünki yuxu və hadisələrin dili yaşadığımız aləmin dilindən çox fərqlidir. Zahirən xoşagəlməz hadisələrin mənaları bəzən həqiqət prizmasından baxanda müsbət olur və bunlar faydalı gedişatın əlamətləri sayılır. Bəzən də müsbət görünən hadisələr əslində məna baxımından mənfidir və bunlar da xoşagəlməz hadislərin əlamətləridir.

    Deyək ki, evinizin içi su ilə doldu. Siz bunu mənfi görə bilərsiniz. Lakin bu səyahətə çıxacağınızı, müvəqqəti o evdən ayrılacağınızı və nəticə etibarilə, üstünüzə bərəkət leysanları yağacağına işarə etmiş ola bilər. Məsələn, bir binanın dağıldığını görsək, təvili-əhadis (hadisələri yozmaq) prizmasından bu müvəqqəti bir sarsıntı deməkdir. Yanğında dağılmış evlər istisna olmaqla, dağıntılar hər zaman bir cücərmə və kamilləşmənin toxumunu daşıyırlar. Sel nəticəsində zərər görmüş evlər daimi fəlakətə yol açmaz. Bu müvəqqəti bir məşəqqətin rəmzidir. Çünki arxasınca bolluq, bərəkət gələcəkdir.

    Yuxu və hadisələri yozmaq da bir növ ixtisas səhəsidir, hər kəs bunu bacarmaz. Qurani-Kərimin bu mövzu ilə əlaqəli ayələrini və hədisi-şəriflərin bu barədəki şərhlərini bilməyən, misal aləminə dair bəzi həqiqətlərdən xəbərdar olmayanların təvil etmələri, yəni yozmaları və üstəlik bunlarla bəzi hökmlər çıxarmaları qətiyyən doğru deyildir.

    Xüsusilə də, şər ünsürlər ehtiva edən yuxuları və təşəümə səbəb ola biləcək hadisələri başqalarına danışmaq da səhvdir. Haqq dostları yuxu və yəqzanları (oyaq halda müşahidə olunan bəzi qeyri-adi hallar) başqalara demənin bir düyünü açmaq kimi olduğunu, onların adətən danışılan və şərh edilən şəkildə çıxdığını demiş, təvil mənasında ağızdan çıxan kəlmələrin bir yönü ilə Haqq qarşısında hadisələrin qərarlaşdırılmasına və bu şəkildə meydana gəlmələrinə səbəb olduğunu bildirmişlər. Bu baxımdan bəzi yuxu və yəqzanlar saleh insanlar arasından bu işin əhlinin mülahizələrinə ərz edilə bilsə də, bunlar avam təbəqəyə heç deyilməməlidir. Hələ müvəqqəti və nəticəsi xeyirli kimi görünsə də, hər hansı bir mənfilik daşıyan yuxu və yəqzanlar qətiyyən dilə gətirilməməli, digər insanlar da şübhələndirilməməlidir.

    Bununla yanaşı, şeytanın təşəümə səbəb ola biləcək yuxu və hadisələri hər zaman mənfi yöndə istifadə edə biləcəyi də unudulmamalıdır. Şeytan bəzən bir bayquşu –hətta daxilinə nüfuz edərək- eyvanınıza qədər çəkib gətirər və orada saatlarla ulada bilər. Belə bir hadisə qarşısında "Görəsən, bunun mənası nədir?" deyə bilər və əgər işin əhlisinizsə hadisələrdən bir məna çıxara bilərsiniz. Lakin bunu mütləq başınıza gələcək müsibətin əlaməti olaraq görmək və bu fəlakəti gözləməyə başlamaq mömin davranışı deyil. Elə şeytanın bu hiylədəki məqsədi də içimizdə həyəcan hasil etmək, ruhunuzda gərginlik yaratmaq, vücudunuzun mahiyyətini dəyişdirmək, sizi depresiyalara salmaq və hətta sizi ruhi böhranlara salaraq ibadətinizdən uzaqlaşdırmaqdır.

    Elə isə, təşəümə açıq bir yuxu görəndə, ya da xoşagəlməz hadisə ilə üzləşəndə bunu təmkinliyə və ehtiyata çağıran bir işarə olaraq qəbul etməli, dərhal Cənabi-Haqqa iltica etməli və "Rəbbim, əgər bir bəlanı haqq etmişəmsə və bu da o bəlanın nişanəsidirsə, qəzəbindən rəhmətinə sığınıram. Sənin dərgahından başqa iltica ediləcək bir yer bilmirəm və Sənə yalvarıram. Nə olar ətan ilə (bağışlamaq) bu qəzanı (qəzavü-qədər) uzaqlaşdır!" deməlisiniz. Əsla şübhəyə, çarəsizliyə düşməməlisiniz. Əksinə İlahi inayət (qayğı) və riayətin (hörmət, rəğbət) sizi də bürüdüyünə, Allahın qüdrətinin hər şeyə kifayət edəcəyinə səmimi qəlbdən inanmalı və vicdan rahatlığı ilə Ona sığınmalısınız. Rəsuli-Əkrəm (s.ə.s.) Əfəndimizin "Xoşunuza gəlməyən bir şey görəndə üç dəfə sol tərəfinizə tüfürün, üç dəfə də "Əuzu billəhi minəşşeytanirracim" deyin və bunu heç kəsə danışmayın" göstərişini xatırlayaraq şeytanın şərindən Allaha sığınmalısınız. Mənəvi böyüklərimizin etdiyi kimi, tez-tez istiğfar etməli və eyni zamanda "Sədəqə bəlanı uzaqlaşdırar!" mülahizəsi ilə sədəqə verməlisiniz.

    Xülasə, əşya və hadisələri uğursuz saymaq, ondan-bundan uğursuzluq çıxarmaq batildir, hətta təşəümün bir dərəcəsi şirkə qədər gedə bilər. Lakin dinimiz təfəülü tamamən qadağan etməmiş, onu mütəxəssislərə həvalə etməyi tövsiyə etmişdir. Rəsuli-Əkməl Əfəndimiz (s.ə.s.), "Bir mömin uğursuzluq gələr fikri ilə yolundan dönməsin. Əgər sizdən biri xoşlanmadığı bir şey görsə, bu duanı oxusun: Allahummə lə yəti bil hasənəti illə əntə və lə yədfəussəyyiəti illə əntə, və lə havlə və lə quvvətə illə bikə-Allahım, xeyirlər ancaq Səndəndir. Pislikləri də sadəcə Sən uzaqlaşdıra bilərsən. Yeganə qüdrət sahibi Sənsən. Həqiqi güc və qüvvət Səndəndir," buyurmuşdur. Bir mömin xeyir və şərin Allahdan olduğuna şübhəsiz inanmalıdır. Bütün işlərində dinin rəhbərliyi və ağlın işığı altında öz öhdəsinə düşəni yerinə yetirməli, sonra da Allaha təvəkkül edərək nəticəni Ona həvalə etməlidir.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.