Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

Beowulf

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Beowulf

    Beowulf dastanı ingilis, anglo - sakson ədəbiyyatının ən qədim yazılı abidələrindən hesab olunur. Dastanda qəhrəman Beowulf - un şücaətlərindən bəhs edilir. 7 ci əsrin birinci yarısı -- 1 ci minilliyin sonları arasında yazılmışdır. Müasir dövrə qədər gələn nüsxəsi Britaniya London Muzeyində saxlanılır.
    Lakin 18 ci əsrdə kitabxananın yanması nəticəsində dastanın bir hissəsi korlanmışdır.

    Beowulf Qotların (Goth) tayfasındandır. Kral Higelac - ın oğludur. Qotlara qonşu olan ölkə Danimarkada isə Hrotqar (Hrothgar) adlı kral yaşayır. O öz ailəsi və ölkəsi üçün Heorot adlı qəsr tikdirir. Kral hər gün öz adamları ilə birgə qəsrdə yeyir - içir, bayram edir, qorxunc görünüşlü təpəgöz Qrendel (Grendel) isə onları qısqanırdı. Qrendel bataqlıqlar sular padişahıdır. Dənizin altındakı mağarada yaşayır və hər gecə bu qəsrə gələrək kralın adamlarını yeməyə, məhv etməyə başlayır. Belə ki, kral və əsgərləri qorxudan qəsrdən qaçırlar. Qonşu ölkədə yaşayan Beowulf adlı qəhrəman bu hadisələrdən xəbər tutub öz padişahından (atasından) izin alaraq yoldaşları ilə birgə Heorot qəsrinə köməyə gəlir. Kral Hrotqar Beowulfun şərəfinə qonaqlıq təşkil edir və elə oradaca Beowulf təpəgözü öldürəcəyinə söz verir. Beowulf Qrendel - ə tələ qurur və bir gün pusquda duraraq onun gəlişini gözləyirlər. Beowulf özünü yatmış kimi göstərir. Qrendel qəsrə daxil olub Beowulfun əsgərlərindən birini parçalayır və elə bu anda Beowulf Qrendelin üzərinə tullanıb qolunu bədənindən ayırır. Qrendel yaralı vəziyyətdə öz mağarasına qaçır. Kral Hrotqar təpəgözün ölümünü qeyd etmək münasibətilə qəsrdə bayram təşkil edir, Qrendelin qolunu da göydən asırlar.

    Ertəsi gün kralın ən güclü əsgərlərindən birini ölmüş vəziyyətdə tapırlar. Belə ki, Qrendelin anası oğlunun intiqamını almaq üçün Beowulf üzərinə qəsrə gəlir. Beowulf bunu öyrənib, Qrendel və anasının yaşadığı yerə qədər gedib anasını da öldürmək qərarına gəlir. Burada Beowulfun əlindəki qılıncın heç bir təsiri olmur, çünki Qrendelin anası silahlara qarşı sehrli güclə mühafizə edilmişdir, Beowulf qılıncı tullayır başqa bir qılınca əl atır və Qrendelin anasını öldürür, sonra yaralı Qrendelə yaxınlaşıb başını bədənindən ayırır. Beowulf Qrendelin başını Kral Hrotqar üçün gətizdirir, kral da öz növbəsində Beowulfa bəxşişlər, hədiyyələr verir.

    Sonra Beowulf öz ölkəsinə qayıdır və atasının ölümündən sonra ölkənin kralı olur. İllər keçir, Beowulf artıq yaşlanır, bir gün qullardan biri xilas olmaqdan ötrü əjdahanın xəzinəsindən qızıl oğurlayır, əjdaha da buna hirslənir mağarasından çıxıb, ağzından od püskürərək ətrafdakıları məhv etməyə başlayır. Beowulf və əsgərləri əjdahanı məğlub etmək üçün döyüşə başlayırlar. Əsgərlərin çoxu meydandan qaçır, lakin sadiq dostlardan biri Wiglaf Beowulfun yanında qalıb onunla birgə əjdahaya qarşı döyüşür. Beowulf sehrli qılıncı ilə döyüşür, nəticədə əjdaha da, Beowulf da həlak olur. Wiglaf da əjdahanın xəzinəsindən götürdüyü zinət əşyalarını Beowulfun dəfni zamanı onun yanında basdırır.

    Onu da qeyd edim ki, İngiltərə tarixində 1066 - ci ilə qədər olan dövr anglo - sakson dövrünü əhatə edir.

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Bakı
    Mesajlar
    917
    geçen aylarda gösterilen "Beowulf" filmide bunla elaqeli idi diyesen. filime baxmadım, ama fragmanından ele görsenirdi
    Mesafler mi aşkı uzaklaştırır ,aşk mı mesafeleri yakınlaştırır,Uzayan yollar,kanayan sevdalar,ne kadar aşkı yansıtır,Sevmekten uslanmayan gönülmüdür.Uslanmayan sevdamıdır.Ey arsız sevda,yoluna gül dökülesi,İşte geldin yakınımdasın,Bir seslensem el uzatırmısın?

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    S
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.