Əsas məzmuna keç
8 sonuçtan 1 ile 8 arası

Qurban bayramı və onun sosial mahiyyəti

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Qurban bayramı və onun sosial mahiyyəti

    Uca Yaradana qurban vermək hələ Həzrəti Adəm dövründən məlumdur.

    İslam gözəl əxlaqdır. Cəmiyyətdə sosial ədaləti bərpa etmək üçün İlahi hökmdür, sevgidir, doğmalıqdır, qardaşlıqdır, yardımlaşmaqdır, yıxılanın əlindən tutmaqdır, dara düşənə yardım etməkdir, gözəllikdir... Gözəl bildiyiniz nə varsa, hamısı İslamda var. Bu uca dinimizin bizə hədiyyə etdiyi iki gözəl bayram var: Ramazan və Qurban bayramları. Ramazan bayramı bir aylıq ibadətin sonunda İlahi mərhəmət kimi bizə verilir. Qurban bayramı da şükrün bir başqa şəkildə ifadəsidir. Allah-Təalanın bizə verdiyi hər cür maddi sərvətin, naz-nemətlərin qarşılığını ifadə etmək anlamına gəlir.
    [
    Ya da
    [

  2. #2
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Müsəlman dünyası bayram atmosferində

    Dünyamız bayram həyəcanı, bayram sevinci içindədir. Kəbə ziyarətinə getmiş zəvvarlarımız bu ibadəti yerinə yetirərək qurban kəsir, Hacı ünvanı alırlar.

    Dünyanın hər yerində müsəlmanlar bayram hazırlığı içindədirlər. Bu günlərdə ən çox satılan, alınan qurbanlıq heyvanlardır. Allah rizası üçün qurban kəsmək ibadətdir və insanı Allah-Təalaya yaxınlaşdırır. Biz dəyərli oxucularımızın ehtiyaclarını nəzərə alaraq bu sayımızda qurbanlıqla bağlı ən gərəkli bilgiləri onların diqqətinə təqdim edirik. Ümid edirik ki, bu bayramda bazarlarımızda “qurbanlıq ət satılır” kimi lövhələrə rast gəlməyəcəyik.
    Qurban bayramı Zilhiccə ayının 10-cu, 11-ci və 12-ci günləridir. Bu il Zilhiccə ayının 10-u, yəni bayramın birinci günü dekabrın 20-nə düşür. Demək, bu il biz dekabrın 20-də, 21-də, 22-də qurban kəsə bilərik. Amma ən yaxşı olanı bayramın birinci günü qurban kəsməkdir. Qurbanı bayram namazından sonra kəsməyə başlayarlar. Axşam da kəsmək olar, amma ən doğru olanı gündüz kəsməkdir.

    Qurbanlıq heyvanlar

    Qurban beş heyvandan kəsilər: qoyun, keçi, inək, camış və dəvə. Qurban kəsiləcək qoyun və ya keçi ən azı bir yaşında olmalıdır. Əgər qoyun və ya keçi altı ayını keçibsə və ən azı bir yaşındakı kimi böyük görünürsə, onu da qurban kəsmək olar. İnək və camış ən azı iki yaşında olmalıdır. Qurban kəsiləcək dəvə isə beş yaşından az olmamalıdır.
    Quş qismindən qurban kəsilməz. Qurban kəsmək dinimizə görə zəngin adamların borcudur. Əgər adamın imkanı yoxdursa, demək, qurban kəsməkdən azaddır. Daha o qoyun kəsir, mən də bir qan axıdım deyə quş qismindən bir şey kəsmək qurban yerinə keçməz.

    Bölgü

    Son vaxtlar çox yanlış söhbətlər eşidirik. İki-üç adam yığışıb bir qoyun kəsirlər, elə düşünürlər ki, qurban kəsdilər. Əsla belə olmaz. Bir qoyun və ya bir keçini ancaq bir adam qurban kəsə bilər. Bir inək, bir camış və ya bir dəvəni yeddiyə qədər adam toplaşaraq qurban kəsə bilərlər. Bir inəyi üç adam da ortaqlaşıb qurban kəsə bilər, beş adam da. Yəni burda ən çoxu yeddi adamın bir iribuynuzlu heyvana ortaq ola biləcəyi vurğulanır. Əgər zənginsinizsə, təkbaşına bir inək də kəsə bilərsiniz, bir dəvə də. Bir daha vurğulayırıq ki, bir qoyunu iki-üç adam ortaq qurban kəsə bilməz. Onu da vurğulayaq ki, bir heyvana ortaq olan adamların hamısı məhz qurban kəsməyə niyyət etməlidirlər. Əgər birinin niyyəti başqa olarsa, demək, heyvan qurbanlıqdan çıxar. Qurban kəsilən heyvanın nə əti, nə tükü, nə dərisi satılmamalıdır. Əgər baş-ayaq, dəri və ya yunu satılarsa, alınan pul sədəqə kimi imkansızlara verilməlidir.
    Siz aldığınız qurbanlıq heyvanı və ya o heyvanın dəyərində pulu ehtiyac sahibinə verərək qurban borcundan qurtara bilməzsiniz. Çünki bu ibadətdə əsas məsələ o heyvanı kəsib qan axıtmaqdır. Sizin verdiyiniz pul və ya heyvan isə sadəcə sədəqə yerinə keçər, qurban borcunu ödəməz.

    Qurbanlıq heyvanın əlamətləri

    Qurban Allah rizası üçün kəsilər. Yəni hər bir kəs öz qurbanını elə düşünsün ki, Allah-Təalaya təqdim edir. Belə olan məqamda yəqin ki, heyvanlarınızın ən yaxşısını bu ibadət üçün ayıracaqsınız. Ölməkdə olan, üzülmüş, gözünün biri və hər ikisi kor, buynuzunun yarısından çoxu qırılmış, dişləri tökülmüş, xəstə, yeriyə bilməyən heyvandan qurban kəsilməz. Əgər heyvanın əvvəldən buynuzu olmayıbsa, onun qurban kəsilməsində heç bir əngəl yoxdur. Qulağının yarıdan azı qopmuş və ya cırılmış sağlam heyvanı qurban kəsmək olar. Qurban ibadətdir, sizin duanızdır, siz ibadətinizin, duanızın qüsurlu olmasını istərsinizmi? - Əlbəttə, yox! Ona görə də qurbanlıq heyvan seçəndə onun sağlamlığına ciddi diqqət yetirmək lazımdır.
    Erkək və ya dişi heyvanı kəsməkdə də problem yoxdur. Ancaq diqqət yetirmək lazımdır ki, dişi heyvanın qarnında balası olmasın. Bu məsələdə çox həssas olmaq lazımdır.

    Qurbanın kəsilməsi

    Qurbanlıq heyvanı gərək incitməyəsən. Ona görə də kəsim zamanı iti bıçaqdan istifadə eləmək lazımdır. Heyvanı yıxıb üzü Qibləyə çevirirlər və niyyət edirlər: niyyət edirəm, bu heyvanı öz adımdan, ya filankəsin adından Allah rizası üçün qurban kəsməyə. Sonra “Bismillah-Allahu-Əkbər” deyib kəsimə başlayırlar. Sadəcə “Bismillah” desəniz də, kifayətdir. Amma unutmayın ki, bilərəkdən “Bismillah” demədən kəsilən heyvanın əti halal deyil. Bu məqama diqqət yetirmək lazımdır. Qurbanı özün də kəsə bilərsən, vəkalət yolu ilə başqasına da kəsdirə bilərsən. Qurban kəsən, heyvanı tutan adamların hamısı ən azı “Bismillah” deməlidir. Heyvanı kəsən, soyan adama zəhməthaqqı verə bilərsiniz. Ancaq “sən bu heyvanı kəs, soy, baş-ayağı sənin olsun” kimi şərtləşmək doğru deyil. Çünki qurban kəsilən heyvanın heç bir üzvü ticarət obyekti olmamalıdır.

    Qurban ətinin bölgüsü

    Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) evə gəlir və xanımı Həzrəti Aişə (r.a.) anamızdan Qurbanın ətini necə bölüşdürdüyünü soruşur. Həzrəti Aişə (r.a.) belə deyir:
    - Ya Rəsulullah! Üçdə ikisini payladım, üçdə biri bizə qaldı.
    Rəsulullah təbəssüm edir və deyir:
    - Xeyr, ya Aişə! Üçdə ikisi bizə qaldı.
    Bu cavabı ilə Rəsulullah demək istəyir ki, bizə qalan payladığındır, evdə saxladığın yox.
    Qurban ətini ənənəyə görə bizdə üç yerə bölərlər: bir hissəsi qonşulara paylanar, bir hissəsi dəvət olunmuş qonaqlar üçün bişirilər, üçüncü hissə isə ailə üçün saxlanar. Bu şəkildə də mümkündür, daha çox paylasanız da. Paylayanda da ən çox qonşu, qohumlarınızdakı kasıbları nəzərə almaq lazımdır.

    Kimlərə pay göndərək?

    Bəzən qurban payı qarşılıqlı şəkildə evdən-evə gedib gəlir. Yəni “filankəs bizə pay göndərdi, biz də ona pay göndərək”. Bu məsələdə qanuna zidd bir şey olmasa da, amma ən xeyirlisi də deyil. Ən xeyirlisi qurban ətini ən çox ehtiyac duyulan ünvana çatdırmaqdır. Yəni dərman yara olan yerə faydalıdır. Yara olmayan yerə vurulmaz ki. Bu məntiqlə deyək ki, siz ehtiyacı olmayan birinə pay göndərib sadəcə onun könlünü açırsınız, onu saydığınızı bildirirsiniz. Amma ehtiyac sahibinə göndərdiyiniz qurban payı ilə onun problemini həll etmiş olursunuz və təbii ki, bu zaman daha çox savab qazanırsınız.
    Müsəlman olmayanlara da qurban ətindən pay vermək olar.

    Kimlər qurban kəsməlidir?

    Qurban kəsmək heç bir əqli xəstəliyi olmayan, həddi-buluğ yaşını keçmiş, dinimizə görə zəngin sayılan müsəlmanlar üçün borcdur. Səfərdə olanlar qurban kəsməyə bilərlər, amma istəsələr, irəlicədən evdə tədarük görər və bir başqasına vəkalət verərək öz adlarına qurban kəsdirə bilərlər. Ölmüş ata-babanın adından da qurban kəsmək olar.
    Dediyimiz kimi, imkanı olan hər bir müsəlman bu ibadətdən geri qalmamalıdır. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) buyurub ki, imkanı olduğu halda qurban kəsməyən müsəlman namazgahlarımıza yaxınlaşmasın. Nəticəni özünüz çıxarın.
    Biz isə bu mübarək bayram münasibəti ilə bütün müsəlman qardaş-bacılarımızı səmimi qəlbdən təbrik edirik, kəsilən qurbanlarımızın Allah dərgahında qəbulunu Uca Yaradandan diləyirik.
    [
    Ya da
    [

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Aug 2007
    Mesajlar
    1.565
    elhamdülillah
    İKİNCİ BAHAR YAŞIYOR ÖMRÜM
    GEL BENİM YARİM OLUVER ŞİMDİ
    SENİ GÜL GİBİ ÖPE KOKLAYA
    GÖZÜMDEN DİLİMDEN SAKINIR SAKLAR
    BUGÜN Kİ AKLIMLA SEVERİM ŞİMDİ

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342

    Bismilləhir rəhmənir rəhim
    Əssalmu aleykum və rəhmətullahi və bərəkətuh

    Elif... Allah razi olsun səndən!
    Diqqətinə görə təşəkkür edirəm. İslam dininə aid başlıqlarla yazanlar görəndə sevincimin həddi hüdudu olmayır.

    Allah təala bütün müsəlman millətlərinə kömək olsun! Qurbanları qəbul olsun inşaallah! Amin! Amin! Amin!
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  5. #5
    Member
    Üyelik tarihi
    Jan 2007
    Yer
    Bursa
    Mesajlar
    33

    kurbanın sosyal mahiyeti

    Kurban bayramı yapısı itibariyle bir çok mana ifade eder ilk mana sosyal yardımlaşmadır varı olanların olmayanlara yardım etmesidir ikinçi mana odurki yeri ve göyü yoktan var eden onu meydana çıkaran ve yere göye şekil ven onları halden hale sokan ALLAH için ve onun getirdiği kitap olan kuran için ve bu kitabın içindeki ALLAhın kanunları için gerektiğinde kan dökülebileceği ve bu uğurda kellelerin verileceği hususunu bize öğretir hazreti ismailin bıçak altına yatması bu manadadır.

    Üçncü manada odurki oğulların babalarına atalarına itat etmeleri onların sözlerini dinlemeleridir.Yani herzaman nerde olursa olsun ast üste itaat etmelidir

    Hammınız hoşcakalın kurban bayramlarınızıda en içten dileklerimle kutlar sevgiler sunarım ALLAHA emanet olun
    kahraman balaman

  6. #6
    Junior Member
    Üyelik tarihi
    May 2007
    Yer
    denizli
    Mesajlar
    2
    Tüm müslümanların kurban bayramı mübarek olsun..

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Mesajlar
    756
    Butun musluman alemının Kurban bayramınız mubarek olsun Allah butun arzularınızı ve kurbanınızı kabul etsınn
    [

  8. #8
    Member
    Üyelik tarihi
    Aug 2007
    Yer
    istanbul
    Mesajlar
    59
    Saglıklı,mutlu nıce bayramlara.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.