Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

11 yaşlı yazıçı

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    11 yaşlı yazıçı

    İngiltərəli vunderkind Maykl Doulinq öz zəkası ilə yaşıdlarını qabaqlayır.

    Belə ki, Doulinqin 11 yaşı olmasına baxmayaraq, o, artıq 3 kitab müəllifidir. 4 yaşında romanlar oxumağa başlayan balaca, fantastik əsərlərə maraq göstərir. Yazdığı kitablar da məhz bu janrda olan əsərlərdən təşkil olunub. Bundan əlavə, Doulinq ingilis dili ilə yanaşı, yunan, latın və yəhudi dillərini bilir. Hazırda isə Çin dilini öyrənməklə məşğuldur. Kiçik dahinin fikrincə, hamı onun bu yaşda bacardıqlarına qadirdir: “Bütün uşaqlar kitab yaza bilərlər. Problem, sadəcə, əllərimizin beynimizlə müqayisədə daha yavaş işləməsidir. İnsanlar saniyədə 40 söz eşidə, 120 söz düşünə və ancaq 2 söz yaza bilərlər. Yazmaq üçün həmişə nə isə tapmaq olar, ancaq bunları kağız üzərinə köçürməyin daha sürətli yolu yoxdur”.
    Maykl Doulinq təhsil ala biləcəyi dahilər məktəbi olmadığı üçün dərsləri ilə evdə məşğul olur. Vunderkind boş vaxtlarında fizika elminin sirlərini öyrənir. Həkim olmağı arzulayan Doulinq böyüyəndə beyin xəstəliklərini müalicə etmək istəyir. Bütün yaşıdları kimi kartof qızartmasını sevdiyini söyləsə də, bu yemək növü ilə dünyada məşhur olan “McDonalds”ı xoşlamadığını etiraf edir: “Onlar Amazon meşələrindəki ağacları kəsərək, qlobal istiləşmənin sürətlənməsinə səbəb olurlar. Kartof qızartmasının ev şəraitində hazırlanması daha məqsədəuyğundur”.
    [
    Ya da
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.