Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Tələbələrə güzəştlər artırılır

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Tələbələrə güzəştlər artırılır

    Tələbələrə güzəştlər artırılır

    Gənclər və İdman Nazirliyinin sifarişi əsasında Xəzər İnvestisiya Mərkəzi tərəfindən hazırlanan kartlara güzəştli xidmətə artıq dəftərxana ləvazimatları mağazaları, geyim dükanları, gözəllik salonları, idman müəssisələri, turizm agentlikləri, tibb mərkəzləri, o cümlədən bir sıra stomatoloji klinikalar qoşulublar. Güzəştlər həmçinin restoranlar, kafelər, klublar, fast-food məntəqələrində də olacaq”. Bu barədə, Gənclər və İdman Nazirliyinin tələbələrlə iş sektorunun müdiri Elşən Hüseynov məlumat verib. Onun sözlərinə görə, tələbələr üçün güzəştlər iaşə obyektindən asılı olaraq, 20, 40, 50 faizə qədər olacaq. O bildirib ki, Avropa ölkələrində olduğu kimi, tələbələrin ictimai nəqliyyatdan istifadə haqlarında endirim əldə etməsi üçün Azərbaycanda vahid nəqliyyat ödəniş sistemi mövcud olmalıdır: “Marşrut avtobuslarında kartla ödəniş sistemi tətbiq olunduğu təqdirdə, metro və avtobuslar üçün də tələbələrə güzəştli gediş haqqı tətbiq etmək olar”..

    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.