1 sonuçtan 1 ile 1 arası
-
10-08-2011, 12:53 AM #1Senior Member
- Üyelik tarihi
- Jul 2011
- Mesajlar
- 1.499
Sarvan qarışqalar
“Sarvan” qarışqalar
Həyatlarını səhrada keçirən sarvan qarışqaların bədənləri son dərəcə tüklü olur. Onların “əynindəki” təbii “palto” istini izoləedici bir təbəqə rolunu oynayır: səhranın şaxtalı gecələrində hərarəti daxildə saxlayır, qaynar gündüzlərdə isə orqanizmi yüksək istilikdən qoruyur. Digər bir çox qarışqa növlərində olduğu kimi, “sarvan”ların da erkək fərdləri qanadları sayəsində havada uçaraq, yandırıcı qumdan qoruna bilirlər. Amma dişilərin qanadları olmadığı üçün, həmişə qumun içində dolaşmaq zorundadırlar. Ona görə də, əyinlərindəki “palto”ya təkcə Günəşdən yox, həm də yerdən gələn istidən qorunmaq üçün ehtiyacları var.

Bu şəkillərdə fərqli növlərdən olan iki “sarvan” qarışqa təsvir olunub. Onların ortaq cəhətləri şəkildə də göründüyü kimi, yaşadıqları mühitin istiliyindən izolə edən “palto”ya sahib olmalarıdır.
Yaxşı, bəs heyvanların əlverişsiz hava şərtlərindən qorunmaq üçün belə bir “palto”ya sahib olmalarının izahı necədir? Qarışqaların bunu bir “təkamül dövrü”ndə təbiətə adaptasiya olunaraq qazandığını bildirmək mümkün deyil. Çünki bu zaman xeyli sual cavabsız qalır: Belə bir “geyim”ə sahib olmazdan öncə, dişi qarışqalar yüksək istiyə necə tab gətirirdilər? Necə olub ki, təsadüfən bir “palto geyinmək” üçün nəsillər boyu gözləyiblər? Hansı “təsadüf” nəticəsində bu vücuda sahib olublar?
Bu suallar əlbəttə, cavabsızdır. Çünki bu heyvanların istidən qorunmaq üçün geydikləri “palto”ların təkamülçülərin iddia etdiyi kimi, təkamül mexanizmləri nəticəsində ortaya çıxması imkansızdır. Ona görə ki, bu qarışqalar həmin “palto” olmadan ümumiyyətlə, yaşaya bilməzdilər, kobud desək, oturub haçansa baş verəcək mutasiyanı minillərlə gözləməyə vaxtları yox idi. Bu heyvanların yaşadıqların iqlimin şərtlərinə uyğun yaradıldıqları göz önündədir.
Dişi “sarvan” qarışqaları isə cütləşmədən sonra olduqları yerdən uzaqlaşaraq, faydalana biləcəkləri hansısa bir böcək və ya arı yuvası axtarırlar. Tapanda yuvanın içinə girirlər. Bayıra atılma risqlərinə qarşı öncədən hər cür tədbir görərək, sonucda yuvada qalırlar. Çünki bu qarışqalar hətta arı pətəyinə girə biləcək qədər güclü silah və zirehə sahibdirlər. Xarici qabıqları son dərəcə qalın və sərtdir. Zooloqların dediyinə görə, hətta polad iynəni belə onların sinəsinə batırmaq olduqca çətindir.39
Arı yuvasına girmək üçün hər cür vasitəyə sahib olan kraliça həmin yuvada qalaraq, arıların balıyla bəslənir. Və hər hücrədə biri olmaq şərtilə yumurtalarını arıların pup hücrələrinə qoyur. Bu yuvalardan çıxan qarışqa sürfələri ev sahibi olan puplarla bəslənir və bir müddət sonra özləri də pup mərhələsinə keçirlər.Arıların yayın sonunda yuvalarını tərk edirlər. Sarvan qarışqalar isə qışı bu yuvada pup olaraq keçirir. Bir müşahidə zamanı arı yuvasında 76 sarvan qarışqa və sadəcə iki arı tapılıb.40Bu örnək dişi sarvan qarışqanın dişi arıyla müqayisədə nə qədər bacarıqlı olduğunu göstərir. Kraliça burada incə bir taktika apararaq, yuvanı daxildən fəth edir və orada öz hakimiyyətini qurur.
Burada diqqəti çəkən həm də odur ki, qarışqalar arıları çox yaxşı tanıyır və onlarla necə davranacaqlarını gözəl bilirlər. Əlbəttə ki, bunu qarışqalar özləri kəşf etməyiblər. Bütün bunları ona təlqin edən arının fiziki özəlliklərini, yuva quruluşunu bilən, yəni arını da yaradan Allahdır. Arını da, qarışqaları da Allah yaradıb, Allah hər şeyin Rəbbidir.
(harun yahya Qarışqa möcüzƏsi)
39 A.g.e., s. 199.
40 A.g.e.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri