1 sonuçtan 1 ile 1 arası
-
08-22-2011, 06:52 PM #1Senior Member
- Üyelik tarihi
- Jul 2011
- Mesajlar
- 1.499
CahiliyyƏ cƏmiyyƏtindƏ qadın xarakteri
CAHİLİYYƏ CƏMİYYƏTİNDƏ QADIN XARAKTERİ

Cahil cəmiyyətdə adı qoyulmayan, amma səssizcə bütün insanları istiqamətləndirən bir güc vardır. Bu cəmiyyətdə yaşayan insanların çoxu doğulduğu andan etibarən özünü bu yönləndirməyə təslim edir və bütün həyatını onun təyin etdiyi şərtlərə görə nizamlayır. Bu güc cahiliyyə insanına elə hakimdir ki, çox vaxt insanlar öz istəkləri və mənfəətlərinə zidd olduğu halda, yenə də onun qaydalarının xaricinə çıxmır və hər nə olursa olsun, ona qarşı sədaqətli olurlar.
Yaxşı cahiliyyə insanlarını bu cür möhkəm bağlarla özünə bağlayan və qeyd-şərtsiz istiqamətləndirə bilən bu güc nədir?
Bu, əvvəldə də ifadə edildiyi kimi, adı qoyulmamış, amma cahiliyyə insanlarının öz aralarında "ənənə" şəklində ifadə etdikləri batil qaydalar toplusudur. Bu qaydaları kimin təyin etdiyi, bunların doğru, ya da etibarlı olub olmadığı isə məchuldur.
Heç kim bu qaydaları sorğulamağa, ya da dəyişdirməyə cəsarət edə bilməz. Belə bir işə cəhd edənə də yaxşı bir gözlə baxılmaz və çox vaxt da qaydaları tapdaladığı, nizamı pozduğu düşünülən kəslərə qarşı pis münasibət göstərilər.
Şiddətlə mənimsədikləri və sıx bir bağ ilə bağlandıqları bu qaydaların səhv ola biləcəyini özlərinə izah etmək istədikdə isə bütün bunların özlərinə əvvəlki nəsillərdən miras qaldığını, bu səbəbdən də imtina edə bilməyəcəklərini söyləyirlər. Nəyi niyə etdiklərini sorğulamaq onlaraçün lazımsız cəhddir, çünki onlar əvvəlkilərdən elə görmüşlər. Cahiliyyə cəmiyyətinin bu səhv dünyagörüşünü ifadə edən ayələrdən biri belədir:
Onlara (bütpərəstlərə) : “Allahın göndərdiyinə (Qurana) tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Bəqərə Surəsi, 170)
Cahiliyyə cəmiyyətində hər insanın yaşamalı olduğu xarakter və həyat tərzi bu batil və qəlibçi ənənələr istiqamətində əvvəlcədən təyin olunmuşdur. Uşaq, daha yetkin bir xarakterə sahib olsa da, uşaq kimi davranmalıdır. Özündən gözlənilən hərəkətlər, danışıqlar, gündəlik yaşayış şəkli müəyyən edilmişdir. Bunların əksinə bir davranış isə cəmiyyət tərəfindən qınanır.
"Qadın xarakteri" də eyni şəkildə qadınlar üçün cəmiyyət tərəfindən seçilib bəyənilən xüsusiyyətlərdən ibarətdir. Cahil cəmiyyətin qadınları bu şəxsiyyəti qəbul etmiş və bu əsas xarakter içərisində bəzi zəif xarakterlərə yiyələnməkdən başqa bir şey edə bilməmişlər. Halbuki cahiliyyənin təyin etdiyi qadın xarakteri başdan sona səhvlərlə doludur.
Bu yalnışlardan ən əhəmiyyətlisi şübhəsiz, qadının fiziki cəhətdən kişidən gücsüz olması səbəbiylə, xarakter olaraq da zəif olması lazım olduğu şəklindəki inancıdır. Qız uşaqlarını, daha kiçik yaşlardan etibarən bu təlqinlə yetişdirirlər. Cahiliyyə cəmiyyətinin özlərinə uyğun hesab etdiyi xarakteri sorğusuz sualsız qəbul edən qadınlar da bu təlqinin təsiriylə zəif bir şəxsiyyətə bürünürlər. Özlərini, əsla kişi kimi güclü və dayanıqlı ola bilməyəcəklərinə inandırmışlar. Qadınların böyük əksəriyyəti heç vaxt özlərini özünə sığınılan, qoruyan, müdafiə edən mövqedə görməmişlər, uşaqlıqlarından etibarən hər zaman müdafiə olunan, qorunan və möhtac mövqedə qalmışlar Bu zəif xarakterin gətirdiyi romantiklik, ağlamaq, küsmək kimi Quran əxlaqından uzaq davranışları məqbul qarşılamışlar. Bu xarakter cahiliyyə cəmiyyətində son dərəcə təbii qarşılanan bir hal olmuşdur. Bəzi qadınlar onlara aid edilən bu modeli, bu şəxsiyyətin pis istiqamətlərini və öz həyatlarına gətirdiyi itkiləri heç nəzərə almadan və dolayısilə özlərini təkmilləşdirməyə ehtiyac duymadan mənimsəmişlər.
Cahiliyyə cəmiyyətinin bu kompleks sisteminə müxalif Quranda təsvir edilən yol isə ən sadə, ən asan və ən mükəmməl olanıdır.
Mömin olan kəs üçün qadın, ya da kişi xarakteri deyə bir ayrı-seçkilik yoxdur. Bu səbəblə qadın, qadın şəxsiyyətindən əvvəl Müsəlman şəxsiyyətini daşıyır. Xarakterini cinsiyyətinə görə deyil, Quranda Allahın bildirdiyi əxlaqa görə təyin edir. Quranda yalnız mömin xarakteri təsvir edilir. Qadın və ya kişi hər insan Allahın əmr etdiyi bu əxlaq və şəxsiyyəti yaşamaqla məsuldur. Bu şüur ilə yaşayan mömin qadın da güclü, sabit və üstün bir xarakterə sahib olar.
Mömin qadının bu xarakteri ilə, cahiliyyə ənənələrinin təsirində formalaşan "qadın xarakterləri" müqayisə edildiyində, Quranda təsvir edilən əxlaqla formalaşan şəxsiyyətin fərqi çox açıq şəkildə ortaya çıxır.
(məqalə harun yahya)


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri