Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Təkamül Nəzəriyyəsinin Elmə Verdiyi Zərərlər

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    1.499

    Təkamül Nəzəriyyəsinin Elmə Verdiyi Zərərlər

    Təkamül Nəzəriyyəsinin Elmə Verdiyi Zərərlər



    Elmin yanlış təməllər üzərində qurulmasının ən açıq nümunəsini Darvinin təkamül nəzəriyyəsində görmək mümkündür. 140 il əvvəl elm dünyasına daxil olan bu nəzəriyyə əslində bütün elm tarixinin ən böyük xətası olmuşdur.

    Təkamül nəzəriyyəsi həyatın təsadüflər nəticəsində bəzi cansız maddələrin birləşməsi nəticəsində əmələ gəldiyini iddia edir. Bu iddiaya görə təsadüfən əmələ gələn bu canlılar yenə təsadüflərin nəticəsində təkamül edərək başqa canlılara çevrilmişlər. Bu ssenarinin sübut edilməsi üçün 1,5 əsrdən çoxdur ki, böyük səy göstərilir, amma elmi dəlillər hər zaman nəzəriyyənin əleyhinə işləyir. Belə ki, əldə edilən bütün dəlillər canlıların təkamülünün əsla baş vermədiyini, canlıların bir-birinə mərhələli çevrilməsinin doğru olmadığını, bütün canlı növlərinin ayrı-ayrı və olduqları kimi yaradıldıqlarını göstərir.

    Yenə də təkamülçülər bütün bu aşkar dəlillərə baxmayaraq təkamül nəzəriyyəsini sübut etmək üçün saysız-hesabsız araşdırma və təcrübələr aparır, sadəcə cəfəngiyyatdan və yalanlardan ibarət cildlərlə kitab yazır, institutlar qurub konfranslar keçirir, televiziya proqramları hazırlayırlar. Gerçək olmayan bir iddia üçün minlərlə alimin, külli miqdarda pul və vəsaitin hədər edilməsi insanlıq üçün çox böyük itkidir. Bütün bu zərərin əvəzinə, əgər bu imkanlar yerində istifadə edilsəydi, bu günə qədər elmdə çox faydalı sahələrdə çox vacib addımlar atılar və dəqiq nəticələr əldə edilə bilərdi.

    Bəzi elm adamları və mütəfəkkirlər təkamülün nə qədər böyük bir xəta olduğunu görürlər. Amerikalı filosof Malkolm Maqeric bu barədə belə deyir:

    «Mən özüm təkamül nəzəriyyəsinin gələcəyin tarix kitablarındakı ən böyük rişxənd mövzularından biri olacağına inanmışam. Gələcək nəsillər bu qədər əsassız və qeyri-müəyyən bir fərziyyənin inanılmaz sadəlövhlüklə qəbul edilməsini heyrətlə qarşılayacaqlar». (Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, s. 59)

    Skandinaviyalı alim Sören Lövtrup isə «Darwinism: The Refutation of a Myth» (Darvinizm: Bir Əfsanənin Təkzibi) adlı kitabında belə deyir:



    «Düşünürəm ki, hər kəs elmin bütün sahələrinin yanlış bir nəzəriyyədən asılı hala gəlməsini çox böyük bir uğursuzluq kimi qəbul edəcəkdir. Biologiyada baş verənlər də elə budur. Uzun müddətdir ki, insanlar təkamül mövzusunu darvinist anlayışlarla müzakirə edir; “uyğunlaşma”, “seçmə təzyiqi” və ya “təbii seçmə” kimi anlayışlarla. Sonra da bu müzakirələrlə təbiət hadisələrinin açıqlanmasında töhfələrini vermiş hesab edirlər. Ancaq əslində heç bir töhfə verə bilmirlər… İnanıram ki, Darvinizm əfsanəsi bir gün elm tarixində ən böyük aldanma kimi tanınacaqdır». (Soren Lovtrup , Darwinism: The Refutation of A Myth, New York: Croom Helm, 1987, s.422)

    Bəzi təkamülçü elm adamları belə müdafiə etdikləri nəzəriyyənin həqiqətlərə uyğun gəlmədiyini hiss edir və bu vəziyyətə görə narahat olurlar. Təkamülçü alim Pol R. Örliç “Science” (“Elm”) jurnalındakı müsahibəsində “dövrümüzdə təkamül nəzəriyyəsini bir ehkam olaraq əbədiləşdirmək, müşahidə obyekti olan dünya haqqında daha qaneedici açıqlamalar verilməsinə əngəl olacaqdır,” -deyərək təkamül nəzəriyyəsinə olan kor-koranə inamın elmə verdiyi zərəri, dolayı yolla olsa da, qəbul edir. (Paul R. Ehrlich və Richard W. Holm, Patterns and Populations, Science, cild. 137 (31 Avqust 1962), s. 656-7)
    (məqalə harun yahya)

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.