Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Ayaz Mütəllibov Bakıya gəlir - Ayaz Mütellibov

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Ayaz Mütəllibov Bakıya gəlir - Ayaz Mütellibov

    Ayaz Mütəllibovun gəldiyi təyyarənin Bakıya enməsinə az qalıb. Heydər Əliyev adına hava limanında olan əməkdaşlarımız xəbər verir ki, VİP zalının çıxışında ondan jurnalist və Mütəllibovun yaxınları toplaşıb. Eyni zamanda polislər və mülki geyimli şəxslər ətrafı nəzarətə götürüblər. Jurnalistlərə VİP zalının çıxışında dayanmağa icazə verilməyib.

    Vaxtilə Ayaz Mütəllibovun hüquqlarının müdafiəsi komitəsinin sədri olmuş Şeyx Əbdül AzadlıqRadiousuna bildirib ki, hazırda sabiq prezidentin Bakıya gəlməsini gözləyirlər: «Mənə dedilər ki, 18.30 Moskva-Bakı resyi ilə gəlir və biz də indi aeroporta onu qarşılamağa gedirik».

    AYAZ MÜTƏLLİBOVUN OĞLU VƏFAT EDİB

    Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun böyük oğlu Azad Mütəllibov vəfat edib. Xəbəri təsdiqləyən ASDP həmsədri Araz Əlizadə bildirib ki, 49 yaşlı Azad Mütəllibov avqustun 8-də vəfat edib. Mərhum ağır xəstəlikdən əziyyət çəkirmiş. Onunla vida mərasimi avqustun 9-da Təzə Pir məscidində olacaq.

    Ayaz Mütəllibovun ölkəyə qayıdıb dəfn mərasimində iştirak edə biləcəyi ilə bağlı sual isə hələ ki, açıq qalır. Araz Əlizadə bu məsələni şərh etmək istəməyib.

    Bir neçə il əvvəl Ayaz Mütəllibov atasının dəfnində də iştirak edə bilməmişdi.

    Ayaz Mütəllibovun ölkəyə gəlməsi üçün dövlət rəhbərliyi səviyyəsində ona təhlükəsizlik təminatı verilməsini istəyir.

    Ayaz Mütəllibov 1990-1992-ci illərdə Azərbaycana rəhbərlik edib. Ölkənin ilk prezidenti olub. 1992-ci ildən Moskvada mühacirət həyatı yaşayır.

    1993-95-ci illərdə Ayaz Mütəllibov barəsində cinayət işi açılıb və barəsində axtarış elan edilib.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.