Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Soyuq münasibət uşaqları ailədən uzaqlaşdıra bilər

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Soyuq münasibət uşaqları ailədən uzaqlaşdıra bilər

    Valideynlər arasında yaranan inciklik, mənfi münasibət uşaqların ailədən uzaqlaşması ilə nəticələnə bilər. Ata-ananın uşaqlarının yanında bir-birinə qarşı aqressiv mövqe tutması onların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Yaranan gərginliyi aradan qaldırmaq üçün tərəflərdən biri mütləq güzəştə getməlidir.
    Psixoloqlar bildirirlər ki, gərginlik yaşanan ailələrin əksəriyyətində yeniyetmələrin xarakterində, həyat tərzində arzu olunmaz xüsusiyyətlər meydana çıxır. Belə yeniyetmələr bəzən bədbinliyə qapılır, bəzən də evdən qaçaraq pis vərdişlərə qurşandılar. Bu cür yeniyetmələr həmyaşıdlarına qarşı da sərt olurlar. Belə olan halda, uşaqların öz valideynlərinə və böyüklərə qarşı hörmətsiz davranmaları təbii qarşılanmalıdır. Bütövlük, birlik nümayiş etdirən ailələrin uşaqları isə yüksək əhvali-ruhiyyəli, nikbin və çevik olurlar.

    Ailə canlı bir sistemdir. Ata-ana arasında xoş münasibət olsa, uşaqların da gələcəyi sağlam struktur üzərində qurula bilər.
    Bu, valideynlərin üzərinə düşən ən məsuliyyətli vəzifələrdən biridir.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.