1 sonuçtan 1 ile 1 arası
-
07-12-2011, 01:06 PM #1
Dünya kurortlarının reytinqi
CNN turizm şirkəti müxtəlif meyarlar üzrə dünyanın ən yaxşı kurortlarının siyahısını hazırlayıb.
Milli.Az xəbər portalının newsland.ru saytına istinadən verdiyi məlumata görə, ABŞ-ın Kaliforniya ştatındakı «Meadowood» kurortu qurmanlar üçün «ən dadlı kurort» adlandırılıb. Burada aşpazlar yerli ərzaqlardan qeyri-adi yeməklə hazırlayır.
Ən təmiz kurort Seyşel adasındadır. Burada dincələn hər turist yerli ekologiyaya dəstək olaraq ağac əkməlidir.
Qolf üçün ən yaxşı kurort Yeni Zelandiyadadır. Hər il buraya minlərlə qolf həvəskarı üz tutur.
Ən yaxşı çimərliyi olan kurort Meksikadadır. Burada okeanın mənzərəsinə, parlaq günəşə, yerli mətbəxə heç kim biganə qala bilmir.
Xizək həvəskarları üçün cənnət Yaponiyada – Hokkaydo adasındadır.
Ən varlı kurortlardan birinə Kosta-Rikada rast gəlmək olar.
Ailəvi sitirahət üçün isə Havay adaları ən yaxşı sayılır.
Ən çox əyləncə Avstriya kurortlarındadır.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri