Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Məşhur aktyor Sami Naseri boğazını kəsdi

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Məşhur aktyor Sami Naseri boğazını kəsdi



    “Taksi” kinosundan tanınan Sami Naseri intihara cəhd edib
    Məşhur “Taksi” filmindən tanınan fransalı aktyor Sami Naseri intihara cəhd edib. O, son ay yarımı bıçaq xəsarətləri yetirmək ittihamı ilə həbsxanada olub. Hadisə 2009-cu ildə baş verib. Sami Naseri həmin vaxt yoldan keçənə bıçaqla hücum edib və 16 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmənin hökmü bu il mayın 31-də qüvvəyə minib.

    Aktyorun intihar məqsədilə öz boğazını kəsdiyi barədə məlumatı mətbuata həyat yoldaşı verib. Lakin Sami Naserinin menecerləri aktyorun xəstəxanaya yerləşdirilməsini bir müddət əvvəl keçirdiyi cərrahiyyə əməliyyatı ilə əsaslandırır.

    Qeyd edək ki, hazırkı məhkumluğu aktyorun qanunlarla bağlı ilk problemi deyil. Onu xuliqanlıq, sərxoş vəziyyətdə avtomobil idarə etmək və sürət həddini aşmağa görə dəfələrlə saxlayıblar. 2008-ci ildə isə Sami Naserini Paris polisinin qadın əməkdaşını döydüyünə görə alıt ay müddətinə azadlıqdan məhrum etmişdilər.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.