Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Fiziki şəxs VÖEN-i necə bağlaya bilər?

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Fiziki şəxs VÖEN-i necə bağlaya bilər?

    Vergi Məcəlləsinin 34.7-ci maddəsinə əsasən digər hallarla yanaşı vergi ödəyicisinin fəaliyyətinə xitam verildikdə fiziki şəxsin uçotdan çıxarılması mümkündür. Vergi ödəyicisi uçotdan çıxarıldıqda, onun uçota alınmasını təsdiq edən şəhadətnamə vergi orqanına təhvil verilir. Vergi orqanı şəhadətnamə-dublikatın etibarsız hesab olunması barədə bank idarələrinə məlumat verməlidir. Vergi Məcəlləsinə əsasən isə vergi ödəyicisi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdıqda, 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu zaman hesabat dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövri əhatə edir. Qeyd olunanlara əsasən uçotda olduğunuz vergi orqanına ərizə formasını təqdim etməlisiniz. Əlavə məlumatın alınması üçün uçotda olduğunuz vergi orqanının Vergi ödəyicilərinə xidmət şöbəsinə və ya 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməyi məsləhət görərdik.

    Mənbə: Vergilər Nazirliyi Saytı

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.