Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Ruhəngiz Allahverdiyeva küsülü müğənnilərlə oxuyacaq

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Ruhəngiz Allahverdiyeva küsülü müğənnilərlə oxuyacaq

    Uzun illərini səhnə fəaliyyətinə həsr edən müğənni Ruhəngiz Allahverdiyeva bu zamana kimi duet mahnılar yazdırmamasına görə peşimandır. Sənətçi xanım bu peşimanlığını aradan qaldırmaq üçün çoxlu sayda duet mahnılar yazdıracaq. Milli.Az xəbər portalına bu barədə danışan müğənni bildirdi ki, ilk duetlərini bir-biri ilə küsülü olan xalq artistləri Flora Kərimova və İlhamə Quliyeva ilə yazdırmağı düşünür.

    «Siyahı genişdir. İlk olaraq iki sənətçinin adını düşünürəm. Daha sonra bir neçə gənc və peşəkar sənətkarlar olacaq» - deyən Ruhəngiz xanım daha bir peşimanlığından söz açdı:

    «Mirzə Babayevin sağlığında biz onun repertuarından olan «Liman» mahnısını duet yazdırmaq istəyirdik. Lakin vaxt darlığından günü günə satdım. Məclislərə o qədər başım qarışmışdı ki, duet yazdırmağa imkan tapa bilmirdim. Mirzə dayı dünyasını dəyişdi. Və bizim duet ideyamız həllini tapmadı».

    Xədicə
    Milli.Az

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.