12 sonuçtan 1 ile 10 arası
-
11-18-2010, 02:50 PM #1
Hikmətli sözlər

1. Hər kəs səhv edir, ona görə də qələmlərin çoxuna pozan əlavə olunur.
2.Səhra gəmiləri.Dibdə olmaq üçün mütləq batmağa və ya böğulmağa ehtiyac yoxdur.
3.Torpaqdan ayrılmaq səmaya əlinin çatacağına dəlalət etmir.
4.Cəsarət heç də həmişə qışqırmır.O bəzən günün sonunda sakit bir səslə deyir:mən sabah bir də cəhd edəcəm.
5.Ayrılığın ən gözəli körpülərə aiddir.Yalnız onlar gözəl ayrılır.
6.Stəkana su tök o stəkanın formasını alacaq.Butulkaya su tök o butulkanın formasını alacaq.Su ol amma formanda səhv etmə.
7.Həyat fəlsəfəsi ondan ibarətdir ki biz öncə düşünülməmiş addımlar atırıq,sonra da nəzəriyyəni ona uyğunlaşdırırıq.
8.Fərqli olmaq istəyirsən?Xeyirxah ol.
9.Xarab olmuş bir saat belə gündə 2 dəfə düzgün zamanı göstərir, amma nə vaxt zamanın doğru olduğunu bilmirsən.
10.-Sevgim barədə qışqırım?
-Axmaqlıqdır.
-Bəs susmaq agıllı fikirdir?
11.İnsanlar yaşadıqca yaşlandıqlarını zənn edirlər, halbuki, yaşamadıqca yaşlanırlar.
12.Uğrunda fədakarlıq edə bilməyəcəyin sevgini ürəyində daşıyıb özünə yük eləmə.
13.Xoşbəxtikən SÖZ, pis haldaikən CAVAB, hirsli haldaikən QƏRAR vermə.
14.Güvəndiyin birinə heç vaxt yalan demə, sənə yalan deyənə birinə də heç vaxt güvənmə.
15. -Bilirsənmi niyə güllər tikanlı olur?
-Tikanlar heç nəyə lazım deyil,güllər də yəqin ki qəzəbindən tikan yetişdirir.
-Yox,mən sənə inanmıram.Güllər zərif və zəifdir.Həm də sadəlövhdürlər.Onlar tikanlarla özlərini cəsur göstərmək istəyir.Elə bilirlər ki əgər tikan varsa hər kəs onlardan qorxar...
16.Heç bir şeyin həqiqətdə olduğu halı xəyalda olduğundan gözəl ola bilməz, amma sən mənim xəyalımdakından da gözəlsən.
17. 3 il böyütdük ad qoya bilmədik, amma o bir gün öldü dərhal ad qoyduq- Nifrət


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yer imleri