Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Eurovision 2011 milli seçim turu başlayır

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Eurovision 2011 milli seçim turu başlayır

    “Eurovision” Mahnı Müsabiqəsinin Azərbaycan üzrə təşkilatçısı və yayımçısı olan İctimai Teleradio 2011-ci ildə Almaniyada keçiriləcək növbəti müsabiqədə ölkəmizi təmsil edəcək ifaçını müəyyən etmək üçün milli seçim turuna start verir.

    Müsabiqə tam olaraq Eurovision mahnı yarışmasının qaydalarına və tələblərinə uyğun aparılacaq. Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq.
    Yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər müsabiqəyə qatıla bilər. Müsabiqə iştirakçıları gözəl səsi, rəqs etmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidir. Bütün müraciət edənlər arasından yalnız 100 nəfər seçim turuna buraxılacaq.
    Milli seçim turunda iştirak etmək istəyənlər oktyabrın 5-dən 15-dək Şərifzadə küçəsi 241 ünvanında yerləşən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Təşkilat Komitəsinə müraciət edə bilərlər. Hər bir iştirakçı 3 ədəd müxtəlif rakursdan çəkilmiş şəkil, şəxsiyyət vəsiqəsinin surətini və tərcümeyi-halını əks etdirən xüsusi anketi təqdim etməlidir. Anket formasını və əlavə məlumatları [ saytından əldə edə bilərsiniz. show-biznes.az

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.