Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Toppuş bacı öz biznesini qurub

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Toppuş bacı öz biznesini qurub

    Aktrisa və aparıcı kimi tanınan “Toppuş bacı” ləqəbli əməkdar artist Tünzalə Əliyeva biznes fəaliyyətinə başlayıb. T.Əliyeva Bakının Nəsimi rayonu, Azadlıq prospekti 89 A ünvanında “Şəbu-Nər” adlı studio açıb. Burada gözəllik salonu fəaliyyət göstərir, toy-nişan, xına mərasimləri üçün xidmətlər təklif olunur.

    Tünzalə Əliyeva bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, studioda olan mərasim ləvazimatları satılmır. Tünzalə xanım deyir ki, bura milli adət-ənənələrimizdən olan xına mərasimlərinin təşkili üçün nəzərdə tutulmuş bir ofisdir və adət-ənənələri yaymaq məqsədilə açılıb: “Bizim studio açmaqda məqsədimiz həm ziyarət, həm ticarətdir. Studioda heç nə satılmır. Bütün aksesuarlar sərgi kimi düzülüb. Biz sifarişçinin istəyindən asılı olaraq xınayaxdı mərasimləri qururuq. Bu zaman öz aksesuarlarımızdan istifadə edirik” – deyə T.Əliyeva məlumat verib.

    Maraqlıdır, aktrisada bu fəaliyyətə başlamaq ideyası necə yarandı? Tünzalə xanım buna da aydınlıq gətirdi: “Mən neçə illərdir toylarda bu işi həyat keçirirəm. Fikirləşdim ki, 5 ildir bu işdə əziyyət çəkirəm. Əziyyətimin bəhrəsini görmək üçün bu ofisi açmaq qərarına gəldim. Həm də qoy məni axtaranlar yerimi bilsinlər. Bu vaxta kimi restoranlar və prodüserlər vasitəsilə mənə müraciətlər olurdu. Bəzən müştəriyə elə qiymətlər deyilirdi ki, bu sifarişçinin imkanı daxilində olmurdu. İndi isə xınayaxdı mərasimi düzənləmək istəyənlər birbaşa mənimlə əlaqə yarada bilərlər”.

    T.Əliyeva toy mərasimləri üçün qiymətlərini də açıqlayıb: “İlk olaraq deyim ki, tanışlara, jurnalistlərə, sənət adamlarına pul demirəm. Gedib məclislərini təşkil edirəm, nə hörmət etsələr, “əlhəmdülillah” deyirəm. Verməsələr, yenə də həmçinin. O ki qaldı qiymətlərə, baxır kim nə sifariş edir. Qiymətlər 500-4000 manat arasında dəyişir. Biz milli geyimli qızlar, video çəkiliş, musiqi və sair kimi xidmətlər də təklif edirik. Bunlardan asılı olaraq qiymətlər dəyişir”.

    Studionun adına gəlincə, T.Əliyeva “Şəbu-Nər” adını özü seçdiyini vurğuladı. Mənası isə “dəvə karvanı” deməkdir.

    Studionun asqısında “Şəbu-Nər”lə yanaşı yuxarı sol küncündə “TT” də yazılıb. Görünür, studionun sahibi buranı “Toppuş Tünzalə” brendi ilə də tanıtmaq qərarına gəlib. Studionun adındakı “Milli” sözü isə lap yerinə düşür. Çünki ofisin bayırdan görünüşünü Tünzalə xanımın milli geyimdə fotosu, Azərbaycanın milli naxış simvolu olan Buta və digər ornamentlər bəzəyir./milli.az

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.