Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Kənan M.M. filmə çəkildi

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Kənan M.M. filmə çəkildi

    Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Bəşəriyyətin xilası” detektiv filmi noyabr ayında tamaşaçıların ixtiyarına veriləcək. Filmin rejissoru Elxan Cəfərovun verdiyi xəbərə görə, 2009-cu ildə istehsala buraxılan və bu il çəkilişlərinə başlanan “Bəşəriyyətin xilası” filmi üzərində işlər artıq yekunlaşıb. Film cinayət məqsədilə istifadə olunan və adamları zombiləşdirən məhlul hazırlayan alim haqqındadır. Belə ki, 90-cı illərdə sovet hakimiyyəti dağıldıqdan sonra Azərbaycanın elmi-tədqiqat institutlarından birində kimyaçı alim yeni məhlul əldə edir. Alim bu kimyəvi məhlulun müsbət və mənfi nəticələrini araşdırır. Məhlulun köməyi ilə insanın yaddaşının müəyyən bir hissəsini silib, ondan neqativ işlərdə də istifadə etmək olar. Eyni zamanda, bu yolla insanları narkomaniya və alkoqolizmdən də uzaqlaşdırmaq mümkündür. Filmin çəkilişlərində Azərbaycan Kaskadyorlar Assosiasiyasının əməkdaşlarının köməyindən istifadə edilib.

    Elxan Cəfərov onu da bildirdi ki, Ramiz Fətəliyev və Elza Ağayevanın ssenarisi əsasında çəkilən filmdə əsas rollardan birini tanınmış rejissor Kənan M.M (Kənan Mahmudov) canlandırıb. Bundan başqa, filmdə Gülzar Qurbanova, Əbdülqəni Əliyev, Xalidə Quliyeva, Zemfira Sadıqova, Atabala Səfərov və Əbdül Mahmudov çəkilib.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.