hər xeyrin sonu bayramdır, hər Ramazanın sonu sevincdir, ömrü Ramazan olanın axirəti bayram olar
![]()
![]()
![]()
4 sonuçtan 1 ile 4 arası
-
09-13-2010, 06:34 PM #1
Hər günün bayram olsunmu?
Ramazan ayını da, bayramını da yola saldıq. Bayram sevgidir, coşqudur, könüllərin təntənəsidir. Bayram ağrıdan, dərddən qurtuluşdur, bayram “mən səni sevirəm, sənə dəyər verirəm” müjdəsidir, bayram təmənnasızlıqdır, qəlbin Allah sevgisi ilə çırpınmasıdır. Gözlərdən axan təbəssümdür, mərhəmət duyğusudur bayram. Bayram gözəllikdir. Hansı fəsildə olursa-olsun, bahar iqlimidir.
Cənnət guşəsi kimi ilıq, təravətli ailədə hər günün bir bayram ovqatı var. Pilləkənlərdə ayaq səsləri eşidilir, xanım bir anlıq dinləyir: “xeyr, bu, o deyil”. Aradan bir az keçir, yenə tap, tap, tap... “Bəli, bu, odur”. Qapını açır və yanılmır.
- Xoş gördük
- Xoş gəldin.
Bu görüşdə, bu mənzərədə hər şey xoşdur, səmimidir, təbiidir. O evin iqlimi, atmosferi bayram havasına köklənib. Əlbəttə, Ramazan bayramında bu ovqat daha gözəl, daha təravətlidir. Bir ay boyunca baş-başa verib oruc tutmuşdular, dan üzü obaşdan yeməyinə qalxmaq üçün telefon zəngini qurur, bəzən biri qalxmaq istəməyəndə o birisi dilə tutub oyadırdı... Fərqli bir iqlim, fərqli bir ovqat içində gözəl bir Ramazan yaşadılar. Ay başa çatdı. Bildikləri bir şey vardı: hər xeyrin sonu bayramdır, hər Ramazanın sonu sevincdir, ömrü Ramazan olanın axirəti bayram olar. Ona görə də bu bayram onlar üçün çox gözəl, çox səmimi olub. Dostlar, qohumlar zəng edib xoş dualar söyləyir, şirin söz deyib, şirin söz eşidirdilər.
Bir Ramazan və bayram arxada qaldı. Onlar bir ay boyunca oruc tutdular və əmindirlər ki, bu oruc da ilin qalan 11 ayı boyunca onları tutacaq. İnanırlar ki, onların ömrü Ramazan, axirəti bayram olacaq. Zaman
-
09-13-2010, 07:16 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Hər günün bayram olsunmu?
-
09-14-2010, 12:13 PM #3Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 701
Re: Hər günün bayram olsunmu?
Hee Olsun Belke Onda MEkteb Baglanar
[
-
09-14-2010, 12:47 PM #4Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Hər günün bayram olsunmu?
dəlilərə hər gün bayramdır


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri