movzuye gore sagolun![]()
2 sonuçtan 1 ile 2 arası
-
09-09-2010, 02:25 PM #1
Fitrə sədəqəsi nədir?
Hörmətli oxucular, fitrə sədəqəsini Ramazanın son günlərində, bayram namazından öncə verirlər. Kasıblar, öz ailəsinin dolanışığını tə’min edə bilməyənlər fitrə verməyə bilərlər. Fitrə sədəqəsi öz ailəsinin dolanışığını tə’min etdikdən sonra artıq malı (pulu) qalanlar tərəfindən verilməlidir. Ər arvada, arvad ərə, oğul ata-anaya fitrə sədəqəsi verə bilməz. Bu sədəqə yaxınlıqda yaşayan kasıblara verilsə, daha yaxşıdır. Əmiyə, dayıya, xalaya, bibiyə, onların uşaqlarına da verilə bilər. Şəriət kitablarında fitrə sədəqəsinin miqdarı müəyyən ərzaqlarla ölçülür:
buğda - 1.664 qr.
arpa - 3.328 qr.
kişmiş - 3.328 qr.
xurma - 3.328 qr.
Başqa bir mənbədə fərqli rəqəmlərə rast gəlsəniz, təəccüblənməyin. Deyək ki, müxtəlif dövrlərdə bu ərzaqların miqdarı fərqli şəkildə tənzimlənib. Gördüyünüz kimi, taxıl digər ərzaqların hamısından çəkidə daha azdır. Çünki o ölçünün müəyyən olunduğu vaxtlarda, təbii ki, taxıl digərlərinin hamısından xeyli baha olub. İndi isə bazara çıxın, görəcəksiniz ki, 1 kq kişmiş 1 kq taxıldan 4-5 dəfə bahadır. Ona görə də bu məsələlər üzərində çox israr etməyə ehtiyac yoxdur. Fitrə sədəqəsində əsas məqsəd bir nəfərin bir günlük yeməyini tə’min etməkdir. Bunu taxıl, un şəklində də vermək olar və verirlər də. Əgər dəyəri pula çevirsək, özünüz görəcəksiniz ki, bugünkü Azərbaycan mühitində bir adamın bir günlük yeməyi ən minimum ölçülərlə 3-4 manatdan aşağı deyil. Ona görə də məsələni bu minimum üzərində qurmaq lazımdır. Dinimiz İslam donuq ehkamlar toplusu deyil, dinamikdir, hər dövrün, hər zamanın şərtlərinə uyğunlaşmağı tələb edir. Ona görə də belə məsələlərdə qərar verərkən mövcud şərtləri nəzərə almamaq olmaz. Bu rəqəmlər minimum göstəricilərdir, yə’ni 3-4 manat müəyyən olunubsa, demək bu, son hədd deyil, ürəyi istəyən, imkanı çatan 50 manat da verər, 500 manat da. Ailədə yaşından asılı olmayaraq hər kəsin sədəqəsi verilməlidir. Əgər övlad yeniyetməlik yaşını keçibsə və özünün maddi vəziyyəti yaxşıdırsa, ata onun yerinə fitrə sədəqəsi verməyə məcbur deyil.
Hörmətli oxucular, fitrə sədəqəsi mübarək Ramazanın sonunda ibadət üstünə yeni bir ibadətdir, təbii ki, imkanı çatanlar üçün. Yeri gəlmişkən onu da xatırladaq ki, imkanı olub fitrə sədəqəsi verməyənlər haqda uca dinimizdə çox acı və peşmanlıq doğuran sözlər söylənməkdədir. Allah orucunuzu, namazınızı və sədəqələrinizi öz dərgahında qəbul etsin. Amin!
ZamanDünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.
Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.
-
09-09-2010, 11:02 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Dec 2009
- Yer
- Türkiye
- Mesajlar
- 2.269
Re: Fitrə sədəqəsi nədir?
HaKKım heLaL,Sewqim haRam oLsun


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri